Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49959
az

Azərbaycan və Ermənistana təhvil verilən əsirlərin sayını açıqlandı

18:2504 Mart, 2021
1646
  • A

Bu günə kimi Azərbaycanla Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 79 əsir dəyişdirilib.

Oxu24.com APA-ya istinadən bildirir ki, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Erməni jurnalistin Azərbaycanda əsirlikdə olan ermənilərin sayı barədə suala cavabında Rusiya XİN rəsmisi Azərbaycan və Ermənistanın məlum məsələyə münasibətlərinin fərqli olduğunu vurğulayıb.

"İrəvan tərəfindən səslənən rəqəmlər mütəmadi olaraq dəyişir. Bakıdan başqa məlumatlar verilir. Məlumatlar arasındakı fərqliliyi nəzərə alıb dəqiqləşdirmək üçün tərəflərə müraciət etməyinizi məsləhət görürəm. Əminəm ki, onlar sizə ətraflı məlumat verəcəklər. Bu günə kimi isə Rusiya sülhməramlılarının vasitəçiliyi ilə ümumilikdə 79 əsir mübadilə edilib. Əsirlərdən 63-ü Ermənistana, 16-sı isə Azərbaycana təhvil verilib. Bu məsələdə bir daha öz mövqeyimizi səsləndirmək istəyirəm: əsirlərin dəyişdirilməsinin optimal formulu "hamının hamıya" prinsipidir. Güman edirik ki, bu məsələnin tez zamanda həlli tərəflərə faciəvi səhifəni qapatmağa, diqqəti iqtisadi sahədə əməkdaşlığı inkişaf etdirməyə yönəltməyə imkan verəcək", - M. Zaxarova qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni qiyamət ssenarisi: göbələklər insanlığın sonunu gətirəcək
Xəzərdə suyun səviyyəsi ARTDI

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM