Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49924
az

Cinsi orqanın ölçüsü, erkən və gec boşalma - Kişilərin androloqa verdiyi 10 suala CAVAB

00:0404 Mart, 2021
7692
18+
  • A

Kişilər heç kimə deyə bilmədiyi problemini androloq həkimə etiraf edir. Lakin bir çoxları androloqa getməkdən də çəkinərək, cinsi həyatı ilə bağlı suallara başqa mənbələrdən gizlicə cavablar axtarmağa çalışırlar.

Oxu24.com  gent.az-a istinadən Azərbaycanda kişilərin androloqa ən çox ünvanladığı sualların hansılar olduğunu dəqiqləşdirib.

Androloq həkim Orxan Ağabəyov ən vacib, aktual sualları cavablandırdı:

 

Erkən boşalmanın birinci səbəbi əsəb, nevroz, depressiya kimi psixoloji amillərdir.

- Məndə erkən boşalma var. Elə cinsi həyata başlayandan belədir. Cinsi əlaqə tez bitir. Amma 2-3-cü dəfə normal davam edir. Bu məni qadınların yanında pərt edir. Bunun səbəbləri nədir? Dərmanı varmı?

Cavab: Erkən boşalmanın səbəbləri fiziki xəstəliklərə bağlı da ola bilər, psixoloji də. Vezikulit, prostatit, həddən artıq həssaslıq varsa, bəli dərmanla müalicə olunur. Lakin rast gəldiyim pasiyentlərdə bu problem daha çox psixoloji olur. Əsəb gərginliyi, hormonal pozulma, nevrozlar, cinsi həyata uğursuz başlama, komplekslər, həyəcan, bir-iki dəfə uğursuzluq bu problemin kökünü psixoloji, beyinə bağlayır. Burda androloqla yanaşı, psixoloq, psixiatr da müalicə etməlidir.

 

- Mən cinsi əlaqəni gec bitirirəm. Çox vaxt hec boşalma olmur. Bu, məni də yorur, qarşı tərəfi də. Bunun səbəbləri nədir, nə edək?

Cavab: Azərbaycanda bu problem daha çox gənc kişilərdə masturbasiya və stimulyasiyanın normadan artıq olması və aludəçilikdən qaynaqlanır. Bu əsas səbəbdir. Bu kişilər real cinsi əlaqə zamanı həmin stimulyasiyanı edə bilmədiklərindən, yəni həmin effekt, göruntu və həzz olmadığı üçün bitirmə gecikir.

İkinci yerdə yenə psixoloji amillər – həyəcan, stress, qorxu, komplekslər gəlir. Daha sonra orqanik – hormonal pozuntu, cinsi infeksiya, orqanın özündə problemlər gəlir. Belə hallarda androloqa müraciət olunmalıdır.

- Məndə ikinci dəfə alınmır. Cinsi münasibət birinci dəfə bitir, ikinci dəfə çox vaxt alınmır. Bu impotensiyadır?

Cavab: Bəli, bu potensiyanın zəifləməyə başlamasıdır. Səbəbləri fiziki, orqanik, xəstəlik, hormon və psixoloji ola bilər. Müasir gənc kişilərdə çox rast gəlinir. Səbəblər müəyyənləşməlidir. Müalicəsi var.

- Cinsi orqanda damarlar görünür, göyərib. Deyirlər, varikosel ola bilər. Mütləq əməliyyat olmalıyam?

Cavab: Varikosel – kişi sonsuzluğunun əsas müasir səbəblərindən biridir. Bu diaqnoz androloq tərəfindən qoyulur və müalicəsi yalnız əməliyyat yolu ilədir.

Masturbasiya vərdişə çevrilərsə, gələcəkdə cinsi problemlər yarada bilər

 

- Məndə xayalarda ağrılar olur. Arada itir, arada yenə yaranır. Bu hansı xəstəlikdən ola bilər?

Cavab: Xaya ağrılarının səbəbi müxtəlifdir. Xaya artımının iltihabı, damar genişlənməsi, qan dövranı pozulması, xayaların iltihabı, infeksiyalar, travmalar. Diaqnoz üçün USM və dopler olunur, ağrıkəsicilər təyin edilir və əsas səbəbin müalicəsi aparılır. Xaya ağrısını gecikdirmək olmaz.

- Axıntı, qaşınma. Qadınlarla əlaqədən sonra cinsi orqandan axıntı gəlməsi, qaşıntı olması, sidiyə gedəndə yandırma cinsi infeksiya, QİÇS əlamətidir? Mən nə edim?

Cavab: Ötəri, qorumasız əlaqələrdən sonra belə halın yaranması cinsi infeksiyanın əlaməti ola bilər. Ona görə də veneroloq, infeksionist və androloq müayinələrindən keçmək lazımdır. Bu əlamətlər öz-özünə sağalmır, infeksiya daha dərinə keçir və xronikləşir.

- Masturbasiya, əllə rahatlamaq ziyanlıdırmı? Gələcəkdə cinsi həyatda fəsadları ola bilərmi? Həftədə neçə dəfə normaldır?

Cavab: Əgər masturbasiya vərdişə çevrilsə, gələcəkdə cinsi həyat və ailə həyatında müəyyən problemlərə gətirib çıxara bilər. Masturbasiyaya öyrəşən kişilərdə erkən evakuasiya, ikinci dəfə problemi və psixoloji asılılıq olur. Cinsi həyatı qadınla reallaşdırın.

 

- Normalda cinsi orqanın ölçüsü neçə olmalıdır? Krem, dərmanla artırmaq olarmı?

Cavab: Kişi cinsi orqanının boşalma vəziyyətində uzunluğu 12 sm və daha artıq normaya uyğun sayılır. Əgər yeniyetmə və çox gənc yaşda ölçü normada olmazsa, hormonal problemlər araşdırılır. Bu zaman müalicə mümkündür. Lakin hormonal problem yoxdursa və ya kişi sadəcə normadan bir qədər yüksək ölçü istəyirsə, onu heç bir əlavə dərman, kremlə uzatmaq olmur.

- Yuxuda qeyri-iradi ereksiya olur. Bundan əziyyət çəkirəm. Necə qarşısını alım?

Cavab: Bunun tibdə adı pollusiyadır. Əsas səbəbi real həyatda normal müntəzəm cinsi həyatın və evakuasiyanın olmamasıdır. Yeniyetmə və 20 yaşa kimi bu normal sayılır. Lakin sonra cinsi həyatı qaydaya salmaq lazımdır. İfrat dərəcəyə çatdıqda müalicə lazım ola bilər.

- Məndə Azoosperm aşkarlanıb. Evlənənə qədər qadınlarla münasibətim olub, normal sperm miqdarı da olub. Bəs niyə azosperm olduğumu indi bildim? Övlad sahibi ola bilməyəcəm?

Cavab: Azoospermiya spermada cinsi hüceyrələrin - spermatozoidlərin olmaması deməkdir. Azoospermiya olan kişilərin xarici görkəmi, fiziki aktivliyi digərlərindən fərqlənmir. Həmçinin cinsi orqanın ölçüsü və formasi adi olur. Ereksiya normal olur və onlar hamı kimi normal cinsi həyat yaşayırlar, sperma normal miqdarda xaric olur. Heç yerlərində ağrısı olmur. Ona görə bunu evlənənə kimi bilməməyiniz normaldır. Amma həmişə deyirik ki, kişi sonsuzluğunun birinci göstəricisi spermoqramma analizidir. Görünür siz evlənənə kimi bu analizi heç vaxt verməmisiz.

Azospermiyanın müxtəlif səbəbləri, növləri var. Əgər androloq səbəbləri tapıb, müalicəyə başlasa, 4-6-8 ay ərzində effekti bilinir. Bu zaman təbii hamiləlik baş tuta bilər. Əgər müalicələrdən sonra da bir dəyişiklik olmasa, biopsiya edilərək xayada spermatozoidlər alınır və süni mayalanma ilə qadın yumurta hüceyrəsi ilə mayalandırılır. Bəzən bu metodla da xayaların dərinliyindən cinsi hüceyrə tapmaq olmur. O zaman cütlüklərə başqa imkanlar yolla təklif edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbələri porno videolara çəkən şəxs tutulub
Kuryer tələbə qızı zorlayıb (18+)
Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb

Dövlət işində çalışanlara BƏD XƏBƏR: 1 yanvar tarixindən...

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu