Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49860
az

Şadlıq evlərində bu aylar üçün yer yoxdur - AZƏRBAYCANDA TOYLARA İCAZƏ

12:0803 Mart, 2021
872
  • A

Bir ildən artıqdır ki, dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycan da COVID-19 virusu ilə mübarizə aparır. Pandemiya dövründə bir çox qadağalar qoyuldu ki, bunların sırasına toyların keçirilməsi də var.

Bəs növbəti aylarda toyların keçirilməsinə icazə verilə bilərmi?

Redaktor.az saytı olaraq paytaxtın məşhur şadlıq sarayları ilə əlaqə saxlayıb, yaxın zamanda toy etmək üçün reservlərin olub-olmadığını öyrənmək istədik.

“Romance Hall”ın nümayəndəsi bildirib ki, mart və aprel aylarının bütün təqvim günləri tamamilə doludur: “İnsanlar toy mərasimlərini keçirtmək istəyirlər, amma hələ ki, rəsmi olaraq icazə verilmədiyinə görə tədbirləri dayandırmışıq”.

“Neolit” şadlıq sarayından saytımıza bildirilib ki, reservlər olunub, qarşıdakı iki ay doludur: “Noyabr və avqust aylarına yazılan toylar keçirilib aprel ayına. İcazə olmadığına görə digər şadlıq sarayları kimi biz də toyları təxirə salmışıq”.

“Elite Events Hall”ın nümayəndəsi isə hər hansı bir mərasimin keçirilməsi üçün reserv edilməni dayandırdıqlarını bildirib. Buna səbəb olaraq isə toyların keçirilməsinə rəsmi olaraq icazə olmadığını vurğulayıblar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Asteroid Yerdən 6,6 milyon km uzaqlıqda uçacaq

18+

Dağıstanda polislərə hücum anının videosu yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
Cinayətdə şübhəli bilinən 44 nəfər saxlanıldı