Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49848
az

Övladınızın intihar səbəbi olmayın - VİDEO

01:1503 Mart, 2021
4707
CƏMİYYƏT
  • A

Övladınızın intihar səbəbi olmayın!

"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsi son bir neçə ayın gündəmini zəbt eləmiş intiharlarla bağlı sosial çarx hazırlayıb.

Çarxda ailədə təzyiqlərə məruz qalan, valideynləri tərəfindən sıxışdırılan, yersiz nəzarətdən boğulan yeniyetmə və gənclərin probleminə diqqət çəkilib.

İkihissəli çarxlardan birincisində gənc qızın atasının yersiz iradlarından yorulduğu, bundan çıxış yolu kimi isə intiharı gördüyü əks olunub. Lakin çarxın sonunda qızın atası səhv etdiyini anlayır və onu son anda ölümün əlindən alır. Bununla da valideynlərə övladlarının ölümünə səbəb olmamaları ilə bağlı çağırış edilir.

İkinci hissədə isə gənc və yeniyetmələrə intiharın çıxış yolu olmadığı göstərilir. Sosial çarxın ikinci hissəsi sabah AzTV-nin rəsmi sosial şəbəkə hesablarında paylaşılacaq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ayın ilk günü hava necə olacaq? -PRQONOZ
İtkin düşən gənc tapıldı
Gəncədə ağır qəza: ölən var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü