44 günlük savaş boyu Azərbaycan əleyhinə təbliğat aparan “Varqonzo”nun sponsoru olan erməni əsilli Rusiya jurnalisti, “İzvestiya” qəzetinin direktorlar şurasının sədri Aram Qabrielyanov özünün erməni dilindəki “telegram-kanalı”nda Nikol Paşinyanın Rusiyanın “İsgəndər” komplekslərinin effektsizliyi ilə bağlı qalmaqallı açıqlamasına münasibət bildirib.
Bu haqda qəsbkar Ermənistan mediası məlumat yayıb.
“…Təxminən bir ay əvvəl Moskvada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Onik Qasparyanla mürəkkəb və uzun bir söhbət etdim. Mən hər şeyi deyə bilmərəm, amma Nikol bu unikal silah məsələsini qaldırırsa, Onikin dediklərindən sitat gətirəcəyəm…” – A.Qabrielyanov yazır.
Ardınca onun yazdıqlarından bəlli olur ki, müharibənin 3-cü günü Ermənistan Baş Qərargah rəisi Paşinyana Bakı-Ceyhan neft kəmərini “İsgəndər” raketi ilə vurmağı təklif edib. Lakin baş nazir bunu qəti şəkildə qadağan edib. Amma guya Rusiya rəhbərliyi belə bir təklifə “bu, sizin işinizdir, bu, sizin müharibənizdir” –deyə münasibət bildirib…
“Azərbaycanın Şuşaya hücumundan 3 gün əvvəl Paşinyandan birbaşa Şuşanın kənarında olan böyük bir düşmən birləşməsinə 2 “İsgəndər”lə zərbə vurmaq üçün icazə istədim. Paşinyan isə “Eyni zamanda bir neçə min düşmən əsgərini öldürsək, beynəlxalq ictimaiyyət bizi lənətləyər” söyləyərək bunu da qəti şəkildə qadağan etdi.
“İsgəndər”dən istifadə etməyimə yalnız Şuşa alınandan sonra icazə verildi. Mən ondan istifadə etdim. Bundan yararlanaraq bir neçə tankı şəhərə gətirdik. İki gündən sonra isə Şuşadan ayrılıb geri çəkilmək əmri aldım” – A. Qabrielyanın sözlərinə görə, O. Qasparyan belə deyib. /Moderator.az
Oxu24.com
ŞƏRHLƏR