Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49253
az

Sabahın hava proqnozu açıqlandı - Doqquz dərəcə şaxta olacaq

18:3924 Fevral, 2021
1511
CƏMİYYƏT
  • A

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə fevralın 25-də Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 9, səhər 4 dərəcəyədək şaxta olacaq, gündüz 0 dərəcəyə yaxınlaşacaq.  Atmosfer təzyiqi normadan yüksək 779 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edecək. Gecə və səhər yolların buz bağlayacağı ehtimalı var.

Fevralın 25-də Azərbaycanın rayonlarında arabir qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 10-15,  gündüz 0-5 dərəcə şaxta olacaq. Gecə və səhər yollar buz bağlayacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 25-də Abşeron yarımadasında soyuq temperatur diskomfortu gözlənilməsinə baxmayaraq meteoroloji amillərin zəif tərəddüdü və havanın oksigenlə zəngin olması meteohəssas insanlar üçün müsbət amildir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yuxuda şirniyyat görmək nəyə işarədir?

Bundan artıq kofe içməyin

Durov sevgilisinə 1 milyonluq jest edibmiş -FOTO


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirdi - VİDEO