Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49184
az

“Hazırda Qarabağ döyüş bölgəsi deyil” – Spiker  hərbçilərin maaşından danışdı

22:5723 Fevral, 2021
3820
SİYASƏT
  • A

“Milli Məclisin sədri Sahibə Qafarova özündən əvvəlki spikerlərin səhvini təkrarlayır. Fikrimcə, spiker hər deputatın çıxışındakı etiraza reaksiya verməli deyil”.

Oxu24.com  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu öz “Facebook” hesabında paylaşıb.

“Misal üçün bugünkü plenar iclasda deputat Azay Quliyev döyüş bölgəsində qulluq edən hərbi qulluqçulara ikiqat pul verildiyini, ancaq yaranmış yeni situasiya ilə əlaqədar ödənişlərin fərqli şəkildə həyata keçirilməsindən bəhs edib. Bu mövzu deputatlarla yanaşı sıravi vətəndaşları da narahat edir, çoxluğun fikri belədir ki, ağır şəraitdə qulluq edən həbrçilərin maaşlarını azaltmaq olmaz.

Sahibə Qafarova isə Azay Quliyevin çıxışına belə reaksiya verib: “Hazırda Qarabağ döyüş bölgəsi deyil”. Necə yəni döyüş bölgəsi deyil? Məgər Dağlıq Qarabağdakı separatçıları tam tərksilah etmişik? Hərbçilərimiz 10 noyabdan sonra bir neçə dəfə anti-terror əməliyyatı həyata keçiriblər, itkilər vermişik və yeni toqquşmalar istisna deyil. Qarabağda qulluq edən hərbçilərimiz gələcəkdə də separatçıları təksilah edəcək və bu zaman mina risqi ilə üz-üzə qalacaqlar.

Deputat Fazil Mustafa plenar iclasda bir başqa mövzuya toxunub: “Bu gün ölkədə idman zallarının açılması məsələsini ən ali tribunadan qaldırırıq. Dəfələrlə də bu məsələni qaldırmışıq, amma reaksiya verən yoxdur. Bu yerlərdə çalışan əhali dolana bilmir. Artıq əhali arasında yoxsullaşma gedir”. Deputat bildirib ki, heç olmasa, cavabdeh qurumlar çıxıb desin ki, istəyirik əhali yoxsullaşsın, istəmirik idman zalları açılsın, məqsədə uyğun deyil: “Reaksiya versinlər. Biz məsələni burada qaldırırıq, burada da qalır”.

Spiker Sahibə Qafarova Fazil Mustafaya deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələyə münasibət bildirib: “İdman zallarının açılmamasının səbəbi pandemiyadır”. Yəni spiker deputata dolayısıyla irad bildirib ki, Operativ Qərargah vəziyyəti Sizdən yaxşı bilir. İnsanları metronun niyə açılmaması da narahat edir, çünki avtobuslar dolub-daşır və yerüstü nəqliyyat vasitələri virusun yayılma mənbəyinə çevrilib. Məgər Operativ Qərargah bunun həll yolunu tapıb?

İddia etmirəm ki, spiker hər çıxış edən deputatın sözlərinə haqq qazandırmalı və ya susmalıdır. Ancaq spiker həm parlamenti, həm də parlamentdə təmsil edən deputatları təmsil edir. Spiker qaldırılan hər iki məsələdə daha konstuktiv mövqe ortaya qoya bilərdi, yəni həm hərbçilərin maaşlarının niyə fərqli hesablandığını, həm də virusla bağlı yeni açılımların olub-olmayacağını aydınlaşdırmaq üçün müvafiq qurumların təmsilçilərini parlamentə dəvət edə bilər ki, deputatların suallarına cavab versinlər.”

demokrat.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik baş verməyib”
Prezidentdən Roma    Papasına     məktub
İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi