Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49164
az

SON DƏQİQƏ! Sərhəddə əməliyyat: Tutulan var

16:0923 Fevral, 2021
2273
SON DƏQİQƏ
  • A

Dövlət sərhədinin etibarlı mühafizəsi və narkotik vasitələrin qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən Oxu24.com-a  bildirilib ki, Xidmətin əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

22 fevral tarixində, saat 23:30 radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun Əmirzeyidli kəndində yerləşən sərhəd zastavasının yaxınlığında 1 nəfərin özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Şübhəli şəxs ərazidən bağlama götürərək hadisə yerin­dən uzaqlaşmağa cəhd etmiş, sərhəd naryadının “dayan” əmrinə tabe olmayaraq ərazidən qaçmağa çalışarkən saxlanılıb.

Saxlanılan şəxsin Qəbələ rayon sakini 1996-cı il təvəllüdlü Abbasov Murad Xaləddin oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 4 kiloqram 74 qram narkotik vasitəyə (3 kiloqram 520 qram “tiryək”, 554 qram “marixuana”, 200 ədəd “metadon-40” həbi) bənzər maddə və 50 qutu “mydrax” adlı dərman preparatları aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

TƏCİLİ! Rusiyada güclü partlayış baş verib
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
Rusiyada hava limanında yanğın başlayıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü