Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
49150
az

Bakıda qarlı havaya hazırlıq: Qərargah yaradıldı

13:0823 Fevral, 2021
2302
CƏMİYYƏT
  • A

"Respublika ərazisində gözlənən hava şəraiti ilə əlaqədar Bakı şəhər və paytaxtın rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi Mübariz Hüseynov bildirib.

Onun sözlərinə görə, şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi inventar ehtiyatı yaradılıb:

"Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər”.

"Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların, xidmətlərin işini əlaqələndirəcək.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib”, - deyə o əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç rayonda ev yandı
Sabah 39 dərəcə isti olacaq
"Səhiyyə TV" 16 min manat cərimələndi


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda əməliyyat keçirdi - VİDEO