ABŞ-da daha bir qadın müəllim əxlaqsızlıq səbəbindən saxlanılıb.
Oxu24.com knewz-a istinadla bildirir ki, ABŞ-ın Ohayo ştatındakı Hudson orta məktəbində kimya fənni müəllimi Heidi Hallstein azyaşlı şagirdi ilə əxlaqsızlıq etdiyinə görə cəzalandırılıb.
Fox 8 yazır ki, pedoffillikdə ittiham edilən 57 yaşlı qadın müəllim hakim qarşısına çıxarılıb. İddialara görə, o, azyaşlı şagirdi ilə öz evində cinsi əlaqədə olub.
Onun məhkəməsi növbəti tarixə ertələnib.
Qeyd edək ki, cinsindən, könüllü və ya məcburi olmasından asılı olmayaraq yaşı 18-dən az olanla cinsi əlaqədə olmaq təcavüz sayılır və cinayətdir.
Oxu24.com
ŞƏRHLƏR