Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
BÜTÜN XƏBƏRLƏR
49
az

Aprel şəhidlərinə kitab həsr olundu

15:5028 Mart, 2018
1462
HƏRBİ
  • A
Aprel döyüşlərində qəhrəmanlıqla həlak olan şəhidlərin və qazilərin həyatını və həmin döyüş günlərini qələmə alan publisist-jurnalist Aida Eyvazlının (Göytürk) “Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildi işıq üzü görüb.


Oxu24.com  xəbər verir ki, iki illik əməyin nəticəsi olan kitabın birinci cildi ötən il, Aprel döyüşlərinin 1 illiyi ərəfəsində çap olunub. Əsər Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir” – sözləri ilə başlayır.


Kitabın ikinci cildinə “Ön söz”ü Milli Məclisinin deputatı, tanınmış yazıçı-publisist Aqil Abbas yazıb. 448 səhifədən ibarət kitabda Aprel döyüşündə həlak olan qəhrəmanlarımızın qısa, lakin şərəfli həyat yolundan onların doğmaları, dostları söhbət açıb, igid oğullarımızın həyatlarının müxtəlif məqamlarından ibarət rəngli şəkilləri də xatirə kimi kitabda yer alıb. Kitabda, eyni zamanda, Aprel döyüşünün iştirakçısı olan qazilərimiz də şahid kimi həmin döyüşlərdə baş verən hadisələrdən danışıblar.


“Qalibiyyət: şahidlər və şəhidlər” kitabının ikinci cildində Azərbaycan folklorunun inciləri olan bayatılar anaların dilindən onların ağrıları kimi istifadə edilib. Oxucular, eyni zamanda, Azərbaycanın kəşməkeşli tarixi, müxtəlif zamanlarda ermənilərin və onların havadarlarının Vətənimizə qarşı törətdiyi qanlı hadisələr, həmçinin əfsanəvi xüsusi təyinatlıların həyatlarının müxtəlif maraqlı məqamları ilə tanış ola biləcəklər. Kitabda həm də, ermənilərin bu günə qədər öldürdüyü uşaqlar barədə də materiallar öz əksini tapıb.

Oxucular xüsusi təyinatlı hərbi birləşmələrin iş prinsipi barədə də maraqlı məlumatlar əldə edəcəklər.

İkinci cilddə Aida Eyvazlı Göytürkün şəhidlərın ömür yoluna həsr etdiyi şeirləri və türk dünyasının qəhrəmanlıq tarixindən, ilk dövlətçiliyindən bəhs edən “Ötükən və Kür Şad” dastanı da yer alıb. Bu dastan Aprel döyüşünün qəhrəmanlarının xatirəsinə bir ehtiramdır.

Nəfis tərtibatlı kitab “Mütərcim” nəşriyyatında işıq üzü görüb.


Oxu24.com  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pərviz Xəlilzadə xəstəxanada açıqlama verdi - VİDEO
Bu gün Şükür Həmidovun şəhid olduğu gündür
Sülhməramlılar noyabrın 1-də Qarabağdan çıxacaq - İddia

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil