Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48990
az

Azərbaycanda dəhşət: Qonşusunu öldürdü

19:1121 Fevral, 2021
691
KRİMİNAL
  • A

Fevralın 21-də saat 13 radələrində Yevlax rayonun Qaraoğlan kəndi ərazisində 1983-cü il təvəllüdlü Səfərov Xəyal Qəmbər oğlunun üzərinda “odlu silah yarası” xəsarəti olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yevlax rayon prokurorluğundan Oxu24.com-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qonşusu 1990-cı il təvəllüdlü Qorxmaz Həsənəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Xəyal Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Qorxmaz Həsənəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ
Salyanda narkotiklərin satışını təşkil edən şəxs saxlanıldı
DİN-dən əməliyyat: Həbs edilənlər var (VİDEO)