Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48975
az

Türkiyə və Azərbaycan yeni əməkdaşlığa başlayır

10:3521 Fevral, 2021
2125
SİYASƏT
  • A

Türkiyə türkdilli ölkələrlə, həmçinin Azərbaycanla kosmik sferada əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.

Oxu24.com  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Kosmik Agentliyinin prezidenti Sərdar Hüseyn Yıldırım bildirib.

"İstənilən inkişaf etmiş ölkə kosmik sferada liderlərin sırasına daxil olmalıdır", - agentliyin rəhbəri deyib.

Onun sözlərinə görə, Azərbaycanda Türkiyənin istifadə edə biləcəyi potensial var.

“Burada bilik və təcrübəsi kosmik proqramın həyata keçirilməsində Türkiyə üçün faydalı olacaq bir çox alim var. Yaxın gələcəkdə digər ölkələrlə iş birliyi qurmaq və nəticədə astronavtika sahələrində layiqli yer tutmaq niyyətindəyik", - Sərdar Hüseyn Yıldırım qeyd edib.

Yıldırım vurğulayıb ki, Türkiyə kosmik proqramın hazırlanması zamanı qarşısına bir sıra hədəflər qoyub. "Ölkəmiz, sözsüz ki, kosmik proqramın reallaşdırılması üçün bütün imkanlara malikdir. Biz öz gücümüzə inanırıq və beynəlxalq əməkdaşlığa hazırıq", - o deyib.

Qeyd edək ki, ilk rəsmi xarici səfərini Azərbaycana edən Türkiyə Kosmik Agentliyi kosmik sahədə qardaş ölkə ilə yaxından əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Həmçinin kosmik sahədə hər iki ölkənin yüksək ixtisaslı peşəkar kadrlarının hazırlanmasında, onların nəzəri və praktiki biliklərinin təkmilləşdirilməsi istiqamətində təcrübə mübadiləsinin vacibliyi də vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Durovun həbsi siyasi qərar deyil" - Makron
Ceyhun Bayramov sabah Türkiyəyə gedəcək
Hərbi Prokurorluq və DSX Qubadlıda birgə tədbir keçirdi - FOTOLAR


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO