Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48798
az

SON DƏQİQƏ! Azərbaycan və Türkiyə arasında mühüm saziş qüvvəyə minir

19:2318 Fevral, 2021
2181
SİYASƏT
  • A

“Azərbaycanın zəfəri bölgəmizin ticarət və logistik quruluşunu dəyişəcək yeni dönəmin başlanğıcı oldu”.

Oxu24.com -un  məlumatına görə, bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı deyib.

Türkiyəli nazir bildirib ki, bu yeni dönəmdə də Azərbaycanın yanında, onunla işbirliyi içərisində olacaqlar: ““Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 1 martdan etibarən qüvvəyə minəcək. razılaşmanın əhatə dairəsinin genişləndirilməsi üçün işlərə başladıq”. Qeyd edək ki, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” 2020-ci il fevralın 25-də imzalanıb, həmin il mayın 31-də Milli Məclis Sazişi təsdiqləyib.

Sənədə əsasən, Azərbaycan və Türkiyə arasında Birgə Komitə təsis ediləcək. Birgə komitə bu sazişin tətbiq edilməsindən əldə olunan irəliləyişin nəzərdən keçirilməsi üçün ildə ən azı bir dəfə görüşəcək. Həmçinin, birgə komitə zəruri hesab etdiyi təqdirdə hər hansı alt komitələr və işçi qrupları yarada bilər.

Sazişdə 15 mal qrupu üzrə hər iki ölkə arasında həm kvota, həm də rüsumun sıfıra endirilməsi ilə bağlı mühüm müddəalar əksini tapıb. Saziş razılığa gələn hər bir tərəfin həmin Sazişin qüvvəyə minməsi üçün milli qanunvericiliyində tələb olunan bütün prosedurların başa çatdırıldığını təsdiq edən sonuncu diplomatik bildirişin alınmasından sonrakı ayın ilk günü qüvvəyə minməlidir.

Saziş müddətsiz bağlanıb, razılığa gələn tərəfin diplomatik kanallar vasitəsilə onun ləğv etmək barədə niyyətini bildirənədək etibarlıdır. Bu halda Saziş digər razılığa gələn tərəfin ləğvetmə bildirişini aldığı tarixdən sonrakı yeddi ayın ilk günü qüvvəsini itirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik baş verməyib”
Prezidentdən Roma    Papasına     məktub
İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi