Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48780
az

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu – Görün nə baş verdi

00:1118 Fevral, 2021
5268
DÜNYA
  • A

Arvadının yol qəzası nəticəsində öldüyünü düşünən adam, iki il sonra televiziya proqramında arvadının yaşadığını öyrənincə şok keçirdi.
Oxu24.com xəbər verir ki, Fasın Benı Mellal-khenifra bölgəsinin Azilal qəsəbəsində yaşayan Abragh Məhəmməd adlı adam yol qəzası keçirən arvadını Kazablankada bir xəstəxanaya qaldırdı. Kədərli ərə, arvadının vəziyyətinin ağır olduğunu söyləyən həkimlər müalicəyə davam edəcəklərini lakin çox ümidli olmaması lazım olduğunu söylədi. Həkimlər həmçinin müalicə xərclərini ödəməsi üçün adama faktura verdi. Abragh Məhəmməd, müalicə ödənişini qarşılamaq üçün xəstəxanadan 4 saat yol məsafəsində olan Azilalə döndü. Müalicə fakturasının puluyla xəstəxanaya dönən Məhəmmədə həkimlər arvadının öldüyünü söylədi.
Arvadının kəfənə bükülmüş və tabuta qoyulmuş cənazəsini alaraq Azilalə dönən ər, burada yoldaşını dəfn etdi. Cənazə mərasimindən iki il sonra, ‘İtənlər’ (Al Mujtafun) adlı məşhur televiziya proqramına öldüyü düşünülən qadın canlı telefon bağlantısı ilə qatıldı. Telefondakı qadın, əri ilə əlaqəni itirdiyini bildirib, adını və daha əvvəl yaşadıqları ünvan məlumatlarını açıqlayıb.

Yayımlanan proqramı izləməyən dul ərə qohumları və yoldaşları şok edici xəbəri verdi. İspan mətbuatına danışan Məhəmməd, “Gömdüyümüz cənazənin başqasına aid olduğunu bilmirdim. Arvadımın həyatda olduğunu da bilmirdim.” sözləriylə yaşadığı qarışıqlığı ifadə etdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK - FOTO