Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48719
az

Mühüm əhəmiyyətli yol Azərbaycana verilir  - Erməni KİV-ləri açıqlama yaydı

13:2116 Fevral, 2021
5812
ÖZƏL BÖLÜM
  • A

Ermənistan Gorus şəhərindən David Bek (Zeyvə) kəndinə gedən yolun 21 kilometrlik hissəsini Azərbaycana təhvil verəcək.

Oxu24.com  xatırladır ki, bu haqda Ermənistanın "Qraparak” qəzeti məlumat yayıb. Qəzet iddia edib ki, bu barədə Bakı və Yerevan razılıq əldə edib.

"Sənəddə bu barədə açıq yazılmasa da, ikitərəfli razılaşmaya görə, yolun bu hissəsi Azərbaycan və Ermənistan tərəfindən 3 il ərzində birgə istifadə olunmalı, Rusiya sülhməramlıları isə yolun təhlükəsizliyinə cavabdehlik daşımalıdır.

Həmin 3 il ərzində Ermənistan öz ərazisində yeni yol inşa etdikdən sonra köhnə yol tam Azərbaycanın nəzarətinə keçəcək.

Bu razılaşma Ermənistan baş naziri və müdafiə nazirinin birbaşa iştirakı ilə əldə olunub”- deyə qəzet yazır.

Xatırladaq ki, Gorus-Zeyvə yolunun 21 kilometrlik hissəsi Azərbaycan ərazisindən keçir.
 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

30 ildir öz evinə girə bilmir - Sumqayıtda məhkəmə qərarının icrasını kim yubadır?
Şirvan xəstəxanasında ŞOK! Həkimlə xəstə əlbəyaxa oldu - FOTOLAR
Qazinin ev almasına kimlər əngəl olur? - ŞİKAYƏT


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Lerikdə narkokuryer həbs edildi - FOTO