Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48490
az

“Oğlum 126 gündür komadadır, hisslərimizlə oynamasınlar”

19:3410 Fevral, 2021
2665
  • A

Sosial şəbəkələrdə 4 aydan çoxdur komada olan Vətən müharibəsi qazisi İsmayılzadə Tacəddin Vüqar oğlunun komadan ayılması ilə bağlı məlumatlar yayılıb. Onun ötən gün müalicə aldığı xəstəxanada gözlərini açdığı bildirilirdi.

“Oxu24.com” qazinin anası Aygün İsmayılzadə ilə əlaqə saxlayıb. O, oğlunun hələ də komada olduğunu və vəziyyətinin ağır olaraq qaldığını bildirib.

Ananın sözlərinə görə, həkimlər qazinin vəziyyətində yaxşılığa doğru dönüşün olmadığını bildirirlər:

“Dünən Tacəddinin yanında olmuşam, vəziyyəti çox kritikdir. Həkimlər deyirlər ki, vəziyyətinin geridönüşü yoxdur. Düzdür, deyirlər beyinin fəaliyyəti dayanıb, amma o gün öpürəm, gözündən yaş gəlir. Deməli nəsə hiss edir, yaşamaq ümidi var. Amma həkimlər vəziyyətinin kritik olduğunu deyirlər. Artıq 126 gündür ki, komadadır. Həmişə başına kateter qoyurdular, indi onu da qəbul eləmir. Başında 5 qəlpə, 1 güllə var. Bu vəziyyətdə olan adamın ayılmasını yazıb hisslərimizlə oynayırlar...”

Qazinin anası bildirib ki, oğlunun xaricdə müalicəsinin mümkünlüyü ilə bağlı da onlara heç nə deyilməyib. Müdafiə Nazirliyindən bildirilib ki, nə lazımdırsa, burada xəstəxanada edilir.

24 yaşlı Tacəddin İsmayılzadə həm də Aprel döyüşlərinin iştirakçısıdır. 2016-cı ildə döyüşlər başlayan zaman hərbi xidmətdə olub. Vətən müharibəsi başlayanda isə cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib. Ağdam, Xocavənd və Füzuli istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 9-da Füzulidə başından ağır yaralanıb və komaya düşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“İqlim dəyişikliyi sərhəd tanımır"
Azərbaycana gələn yüklərin qiyməti ARTA BİLƏR -VİDEO
Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

Asteroid Yerdən 6,6 milyon km uzaqlıqda uçacaq

18+

Hadisənin 18+ görüntüləri yayıldı
Çimərliyə raket düşdü - DƏHŞƏTLİ VİDEO
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Corabınızın içərisinə soda tökün və geyinin - Görün,hansı xəstəliyi müalicə edirmiş
17 yaşlı oğlanı qətlə yetirən iki nəfər tutuldu