Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48481
az

Azərbaycanlılar bu ərazilərə də qayıdacaq - Ermənilər TARİX AÇIQLADI

14:3310 Fevral, 2021
6193
  • A

5 il sonra Azərbaycan Sünikə (Zəngəzur) girəcək.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyib.

Baqratyan Qafana səfər etdiyini və gördüklərini yazıb:

“6-9 fevral tarixlərində Qafanda idim, əhali ilə danışmağa, 9 noyabrdan sonra necə yaşadıqlarını görməyə getmişdim. Söhbət alınmadı, əlavə nəyəsə ehtiyac yox idi.

Azərbaycan əsgərləri və bayraqlarının şəhəri əhatə edən şərq təpələrində görəndə şok oldum. Bu qədər yaxın olmamalı idilər. Bir müddət əvvəl inşa edilmiş Qafan-Qeqanuş-Çakaten-Sikahoq-Srasen-Tsav-Svanidzor (son iki kənd Mehri bölgəsindədir) yolu ilə getdikcə, bir neçə yerdə asılmış afişalar Azərbaycan ərazisi olduğunu göstərirdi, başqa sözlə, adıçəkilən kəndlər bu yol olmadan nə Mehriyə, nə də Qafana gedə bilərlər, yəni ümid azərbaycanlıların yolları bağlamamasına qalıb”.

Q.Baqratyan rus zabitin ona dediklərini də qeyd edib.

“Hər yerdə rus patrulunu görürəm, onlardan burada nə etdiklərini soruşuram. Rus zabit mənə səbrlə izah edir ki, imzalanmış memoranduma görə yolun təhlükəsizliyini qoruyurlar. Hansı memorandum? Mənə Ermənistan və Azərbaycan arasında imzalanmış 6 maddəlik memorandumu göstərir və məlum olur ki, tərəflər yolların təhlükəsizliyinin təmin edilməsi üçün sənəd imzalayıb. Sənəddə koordinatlar aydın şəkildə qeyd olunur. Məlum olur ki, Nikol Paşinyan Azərbaycanla sərhədlərin şifahi şəkildə razılaşdırıldığını deməklə yalan danışıb, 9 noyabr razılaşmasından savayı da sənəd var. Bu “xoşbəxtlik” ən yaxşı halda 5 il davam edəcək, bundan sonra azərbaycanlılar Sünikə (Zəngəzur) girəcəklər”- o iddia edir

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polis bu qızı axtarır
Milli Hidrometeorologiya Xidməti açıqlama yaydı
Gömrük əməkdaşları qəzaya düşüb, ölən və yaralananlar var

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Azərbaycanda HOTELDƏ ÖLÜM