Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48384
az

Bakının mərkəzində qazilərlə şəhid ailəsi əlbəyaxa oldular - Xəsarət alan var - VİDEO

18:3308 Fevral, 2021
7846
KRİMİNAL
  • A

Bakının Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində I Qarabağ müharibəsi qaziləri ilə şəhid ailəsi arasında insident yaşanıb. İnsident zamanı şəhid ailəsi olan sahibkar Əyanət Məmmədovun xəsarət aldığı deyilir.

Şəhid ailəsi Əyanət Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri başına toplayaraq, ondan qanunsuz olaraq aylıq 1000 manat pul tələb edir.

"Özünü I Qarabağ müharibəsi qazisi kimi təqdim edən Qurban Əliyev adlı şəxs 25 nəfəri də başına toplayaraq, mənə hücum edib. Onlar Nəsimi rayonu, Üzeyir Hacıbəyov küçəsi ilə Nizami küçəsinin kəsişdiyi ünvanda yerləşən "Qızılgül bağı" parkının arxa hissəsində məndən aylıq 1000 manat pul verməyimi tələb ediblər. Qurban Əliyev mənə dedi ki, həmin pulu "Vətən müharibəsi əlillərinə kömək" ictimi birliyi adından toplayırıq. Səbəb kimi də mənə deyir ki, biz Qarabağ qazisiyik və sən bizə bu qədər vəsait verməlisən. Mən isə həmin pulu verməyəcəyimi deyəndə onlar mənə çəliklə hücum etdilər və başıma xəsarət yetirdilər. Bununla bağlı cənab Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etmişəm. Hazırda araşdırma aparılır"

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bələdiyyə sədri həbs olunub
Qusar bələdiyyəsinin sədri həbs olundu
Etibarsız pullarla təqaüdçüləri aldatdı

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bələdiyyə sədri həbs olunub