Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48271
az

DİN işçi axtarır: Boyu 160 sm-dən yuxarı olanlar müraciət etsin

16:1906 Fevral, 2021
18501
  • A

Daxili İşlər Nazirliyi Kürdəmir rayon “ASAN Xidmət” mərkəzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 13 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN Mətbuat Xidmətindən  Oxu24.com-a  verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, Azərbaycan Respublikasının orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, ailəli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Kürdəmir, Ucar, Ağsu və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın vətəndaşlar iştirak edə bilərlər.

Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci ilin fevral ayının 8-dən mart ayının 10-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün).

Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
Elman Paşayevin həbs     müddəti      uzadıldı