Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48043
az

İmmuniteti yüksəldən və stressi aradan qaldıran qidalar

00:0503 Fevral, 2021
5301
TİBB
  • A

İmmuniteti yüksəldən və stressi aradan qaldıran qidalar.
1. Badam.
Tərkibi Omeqa 3 yağı ilə zəngindir. O immun sistemi möhləmlətmək qabiliyyətinə sahibdir. Tərkibindəki E vitamini sayəsində badam antioksidant təsirə malikdir. Belə ki, E vitamini orqanizmdə olan zərərli sərbəst radikalların çoxalmasının qarşısını alır. Badamın tərkibində olan fosfor, kalium, maqnium, kalsium və bir çox mineral maddələr sinir sistemini möhkəmləndirir və stressin qarşısını alır.
2. Sarımsaq.
Bütün virus xəstəliklərinin sağalmasında yardımçı olur. Maddələr mübadiləsini yaxşılaşdırır, həzm sistemini normallaşdırır. Stressi aradan qaldırmaqla yanaşı sinir sistemini də gücləndirir. Sarımsağın tərkibi C, D, B qrup vitaminlərlə və faydalı minerallarla zəngindir.
3. Brokkoli kələmi.
Güclü immunitet artırıcı təsirə malikdir. Tərkibi sink, selen, A, C, D vitaminləri ilə zəngindir. Zərərli maddələrin və şlakların orqanizmdən xaric olunmasında yardımçı olur. Sinir sistemini möhkəmləndirməklə yanaşı stressi də aradan qaldırır.
4. Dəniz balığı.
Dəniz balığı yağ turşuları, Omeqa3, zülallar və aminturşularla zəngindir. Tərkibində olan A, B, E vitaminləri immun və sinir sistemini möhkəmləndirir.
5. Turp.
Turpun tərkibi orqanizmin ümumi müqavimətini yüksəldən mineral və vitaminlərlə zəngindir. O həzm sistemini normallaşdırır, bağırsaqdakı qazları çıxartmaqla yanaşı, bağırsaq fəaliyyətini yaxşılaşdırır, mədə üçün mikrob və bakteriyaları təmizləyici təsirə malikdir. Turp öddaşı xəstəliyindən əziyyət çəkən xəstələrə faydalı təsir göstərir. Belə ki, turpun böyrək və öddaşlarının əridilməsində rolu olduğu dəfələrlə öz sübutunu tapmışdır.
6. Alma.
Alma həzmi yaxşılaşdırır, bağırsağın yaxşı işləməsinə yardım edir. Bu səbədən də alma bağırsaqdakı möhtəviyyatla birlikdə, bağırsaq mikroblarının da xaric olunmasında iştirak edir.
7. Zəncəfil.
Zəncəfil qədim zamanlardan orqanizm üçün ən faydalı bitki hesab edilib. Onun tərkibində olan vitamin və minerallar orqanizmin immun sistemini möhkəmləndirməklə yanaşı, sağlam şəkildə arıqlamasına yardım edir. İltihab əleyhinə, ağrıkəsici, tərqovucu, bakteriya əleyhinə, tonuslandırıcı vasitə kimi istifadə edilir.
8. Portağal.
Portağal nəinki immuniteti qaldırır, o həm də əhval-ruhiyyəni yaxşılaşdırır və depressiyanı aradan götürür. İltihab əleyhinə, antimikrob təsirə və yara sağaltmaq qabiliyyətinə malikdir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ