Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47850
az

Oğlu doğulandan 10 gün sonra şəhid xəbəri gəldi - FOTO

18:1831 Yanvar, 2021
3863
HƏRBİ
  • A

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət 1991-ci il təvəllüdlü baş leytenant Babayev Ramil Taqət oğlundan gedir. Kürdəmirin Şilyan kəndində anadan olan şəhid zabitimizin nəşi Murovdağ istiqamətində tapılıb. Nəşin Ramil Babayevə aid olması DNT analizi nəticəsində müəyyənləşib. Şəhidimiz bu gün Kürdəmirin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Ailəsi sonuncu dəfə Ramillə sentyabrın 29-da əlaqə saxlaya bilib. Həmin tarixdən sonra zabitlə əlaqə saxlamaq mümkün olmayıb. O, Goronboyda N saylı hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edib. Baş leytenant Ramil Babayev Aprel döyüşlərinin də iştirakçısı olub.

Ailəli idi, iki yaşında bir qızı və on gün öncə dünyaya gələn bir oğlu var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ordumuzun əsgəri vəfat etdi
Azərbaycanın xüsusi təyinatlıları Naxçıvanda TƏLİM KEÇDİ - FOTO/VİDEO
Atəşkəs pozuldu: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Azərbaycanda nəvəsinə cinsi təcavüz edən baba həbs edildi