Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47787
az

SOCAR-dakı dəyişikliklərlə bağlı rəsmi AÇIQLAMA

20:0030 Yanvar, 2021
2046
SİYASƏT
  • A

"Dövlət Neft Şirkətinin nə ləğv edilməsi, nə transformasiyası, nə də özəlləşdirilməsi gündəmdə deyil. Bunlar nəzərdə tutulmur".

Oxu24.com  xəbər verir ki, bunu açıqlamasında iqtisadiyyat nazirinin müavini, SOCAR-ın Müşahidə Şurasınınü üzvü Rövşən Nəcəf deyib.

Real Tv-yə danışan dövlət rəsmisi bildirib ki, məqsəd Dövlət Neft Şirkətini daha güclü, beynəlxalq aləmdə daha rəqabətli etməkdir:

"Bütün bu dəyişikliklər sırf onun tarixi təkamül yolundan və həmin təkamülün doğurduğu çağırışlardan, ehtiyaclardan, yaranan zərurətlərdən irəli gəlir.

Müşahidə Şurasının formalaşması Dövlət Neft Şirkətinin digər iri aparıcı neft-qaz şirkətləri ilə eyni səviyyədə korporotiv struktura malik olması, beynəlxalq aləmdə rəqabət qabiliyyəti olmasına yönəlmişdir. Bütün neft-qaz şirkətləri özlərini yenidən kəşf edirlər və özlərini daha çox enerji şirkətləri kimi qələmə verməyə başlayırlar.

Bu, onların öz inkişaf strategiyalarında öz əksrini tapır. Çünki uzun müddətdə alternativ enerji və digər enerji mənbələrindən istifadənin artması həmin şirkətlərin də həmin dövrə indidən uyğunlaşmasına zərurət yaradır. SOCAR-da aparılan bu struktur islahatlar şirkətin uzun müddətli rəqabət qabiliyyətinin təmin edilməsinə yönəlmiş addımlardır".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik baş verməyib”
Prezidentdən Roma    Papasına     məktub
İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Teymur Kərimovun 9 il həbsi    tələb    edildi