Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47612
az

SON DƏQİQƏ! DİN məlumat yaydı

19:2528 Yanvar, 2021
1505
SON DƏQİQƏ
  • A

2019-cu il oktyabrın 29-da hüquq müdafiəçisi Oktay Gülalıyevin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü məhkəmənin hökmü ilə 2 il 3 ay azadlıqdan məhrum edildikdən sonra fəaliyyətləri böhtan və təxribat üzərində qurulmuş bəzi şəxslər sosial şəbəkə hesablarında məqsədli şəkildə məsələni yenidən gündəmə daşımağa cəhdlər edir, yalan iddialar irəli sürürlər.

Bildiririk ki, məlum fakta görə başlanılmış cinayət işi üzrə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin peşəkar müstəntiqləri tərəfindən həyata keçirilmiş istintaq hərəkətləri, mütəxəssislərinin əldə etdiyi təkzibolunmaz sübutlar və Ədliyyə Nazirliyinin ixtisaslı əməkdaşlarının apardığı çoxsaylı ekspertizalarla hadisənin məhz sürücünün səhlənkarlığı və diqqətsizliyi səbəbindən baş verdiyi təsdiqlənmiş, nəticələri barədə zərərçəkmişin yaxınları və respublika ictimaiyyəti məlumatlandırılmışdır.

Daxili İşlər Nazirliyinin vəzifəli şəxslərinin həkimlərlə mütəmadi telefon əlaqəsi saxlaması barədə səsləndirilən cəfəng fikirlərə gəldikdə isə qeyd etməliyik ki, aidiyyəti əməkdaşlarımız istintaq prosesində həkimlərlə də, ekspertlərlə də, şahidlərlə də əlaqə saxlaya bilər və bu onların qanunla müəyyən edilmiş konkret vəzifə borcudur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezidentin yüksək vəzifə verdiyi şəxs kimdir?- DOSYE
Ağır qəzada yaralandılar
Ağır qəza baş verib: 3 nəfər öldü

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü