Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47610
az

57 yaşlı qadın tanış olduğu gənc oğlanı bir gecəlik evinə çağırdı... - Sonrası HAMINI ŞOK EDƏCƏK

19:2328 Yanvar, 2021
1547
KRİMİNAL
  • A

Tanışlıq saytında 8 ay danışdığı kişini evinə dəvət edən qadın bir gecədə həyatının kabusunu yaşayıb.
Hadisə Braziliyanın Rio-de-Janeyro şəhərində baş verib. 57 yaşlı Elaine Kaparros saytda tanış olduğu 27 yaşlı Vinisius Serranı evinə dəvət edib. İlk görüşdə birlikdə olduğu kişi tərəfindən 4 saat döyülən qadının bədənində salamat yer qalmayıb. Tanınmaz hala düşən Elainenin üz, göz ətrafı sümüklərı, burnu və dişləri sınıb. Ona 40-a yaxın tikiş qoyulub.

Çağırılan “qonağ”ın isə psixoloji problemləri olduğu sonradan məlum olub.

Səhərə yaxın səs-küyə qonşular reaksiya verib. Binanın mühafizəçiləri evə girəndə Kaparrosu yerdə qanlar içində uzanmış vəziyyətdə görüblər. Təcavüzkar isə artıq evi tərk edibmiş. Qadın həmin dəhşətli gecədə baş verənlərin yarısını xatırlaya bilmir.

Polisə ifadəsində 57 yaşlı Kaparros bunları deyib: “Uzun müddət internetdə danışmışıq. Mən dostluğumuzun daha isti münasibətə çevriləcəyini düşünmüşdüm. Evimə dəvət edərkən çox rahat və əmin idim. Yazışmalarımız onu tanıdığıma inandırdı məni. Gecə birlikdə qucaqlaşıb yatdıq. Bir də ayılanda məni yumruqladığını gördüm. Özümü müdafiə etmək üçün qolumu qaldıranda dişlədi. Yerdə sürüyürdü, yumruqlayırdı”.
Saxlanılan 27 yaşlı Vinisius isə psixoloji problemləri üzündən qadını döydüyünü deyib.
Bu hadisə bütün ölkə mətbuatının gündəmini zəbt edib.
Polis hadisənin motivini dəqiqləşdirmək üçün açıqlama verməyib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kafedə tüstülənmə oldu
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu
Dəmirtaşın həbs cəzası 43 il 8 aya yüksəldildi

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Lənkəranda qətlə yetirilən 22 yaşlı Könülün ailəsi hər şeyi danışdı +VİDEO