Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47588
az

SON DƏQİQƏ! Müdafiə Nazirliyi Nəcməddin Sadıkovla bağlı açıqlama yaydı

13:4628 Yanvar, 2021
64784
SİYASƏT
  • A

Azərbaycan Müdafiə Nazirliyi müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun səhhətində problemlər yaranması və müalicə üçün Rusiyanın paytaxtı Moskvaya aparılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən  Oxu24.com-a  bildirilib ki, N.Sadıkov hazırda Azərbaycan Ordusunda xidmətdə deyil.

Qeyd olunub ki, o, ordu sıralarından ehtiyata buraxılıb.

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olub-olmamasına gəlincə, nazirlik bu məsələyə aydınlıq gətirməyib.

Xatırladaq ki, N.Sadıkov 1956-cı ildə anadan olub. O, 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabr ayında isə N.Sadıkovun adı Müdafiə Nazirliyinin rəsmi saytının rəhbər şəxslər bölməsindən çıxarılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Ölkəmizdə heç vaxt dini zəmində ayrı-seçkilik baş verməyib”
Prezidentdən Roma    Papasına     məktub
İlham Əliyev Forum iştirakçılarına müraciət ünvanladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Təcili tibbi yardıma 800 minə yaxın    müraciət    olub
Qayınatasıgilin 50 gün öncə öldüyü evdə intihar edibmiş- Foto