Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47542
az

Yaponiyada meyvəyığan robot fermerlərə məhsulu toplamaqda yardım edəcək

20:5927 Yanvar, 2021
2523
DÜNYA
  • A

Yaponiyalı tədqiqatçılar fermerlərə yetişdirdikləri məhsulu toplamağa kömək etmək üçün meyvəyığan robot hazırlayıblar. Süni intellektlə təchiz edilən robotun alma və armudları təqribən insanla bərabər sürətlə yığdığı bildirilir.

Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, robotun hazırlanmasında Milli Kənd Təsərrüfatı və Qida Tədqiqatları Təşkilatı, Ritsumeykan Universiteti və avtomobil hissələri istehsalı sahəsində ixtisaslaşan "Denso" şirkəti iştirak edib.

Qeyd edilir ki, robotun hər əlində meyvəni yığmaq üçün üç tutacaq yerləşdirilib. Bu əllər pilotsuz qolf arabası üzərində yerləşdirilib. Robotun təchiz olunduğu süni intellekt texnologiyası meyvənin rənginə və digər parametrlərinə görə onun yetişdiyini müəyyən edir. Meyvə toplayan işçilər kimi, robot da bir meyvəni dərməyə təqribən 11 saniyə vaxt sərf edir.

Fermerlərin yükünü azaltmaq məqsədilə robotun fəaliyyətini təkmilləşdirmək istiqamətində iş davam etdiriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maradonanın qızından şok açıqlama: "Atamla danışıram"
Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO
Babası yaşında kişi ilə evləndi - Dünyanı heyrətləndirən CÜTLÜK - FOTO