Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47525
az

ƏMR VERİLDİ: Qarabağdan erməni hərbçilər çıxarılır - Erməni analitik DETALLARI AÇDI

18:5427 Yanvar, 2021
1346
HƏRBİ
  • A

“Ermənistan vətəndaşları artıq Qarabağda hərbi xidmət keçə bilməyəcəklər. Bu, siyasi razılaşmanın nəticəsidir. Ordu komandirləri verilən əmri yerinə yetirir, onlara belə əmr verilib”.

Publika.az xəbər verir ki, bu barədə erməni hərbi-siyasi analitik Hayk Naqapetyan deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni hərbçilər çıxarılır:

“Bu hərbçilər Ermənistana gəldikdən sonra geri qaytarılmır. Digər tərəfdən, Ermənistandan Qarabağa getmək istəyənlər də Azərbaycan Ordusunun nəzarətindəki yollardan keçməlidir. Misal üçün, kimsə getmək istəyirsə, Gorus yolundan keçməlidir, hərçənd burada bir çox ərazi Azərbaycanın nəzarətindədir.

Əslində Ermənistandan Qarabağa gedən hansısa hərbi nəqliyyatın, yaxud personalın hərəkəti də Azərbaycanın nəzarətindədir”.

Erməni analitik qeyd edir ki, Qarabağda hər şey Azərbaycanın nəzarətindədir:

“Bu baxımdan, Ermənistandan hərbçiləri, yaxud Ermənistana qayıdan hərbçiləri ora göndərmək mümkün deyil”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır