Səhiyyə Nazirliyi dövlət tibb müəssisələrində vakant klinik psixoloq vəzifələrə işə qəbul elan edib.
Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti 13 yanvar 2021-ci il 8 nömrəli Qərara əsasən bölgələrdə döyüşlərdə zərər çəkmiş hərbi qulluqçulara psixoloji yardımın təşkil edilməsi ilə əlaqədar klinik psixoloq vəzifələrə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir.
Müsabiqədə iştirak etmək istəyən namizədlər elan verildiyi gündən etibarən 30 gün ərzində Səhiyyə Nazirliyinə müraciət edərək ([email protected], əlaqə nömrəsi 441-26-03 (309)) aşağıda göstərilən sənədləri təqdim etməlidirlər:
- Ərizə
- Şəxsiyyət vəsiqəsinin surəti
- Tərcümeyi-hal
- Təhsil və ixtisas haqqında sənədlərin surətləri (psixologiya ixtisası üzrə bakalavr
və klinik (tibbi) psixologiya üzrə maqistr proqramının diplomları)
- Əmək kitabçasının surəti (mövcud olduğu halda)
Vakant “klinik psixoloq” vəzifələri üzrə müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim edən mütəxəssislərin klinik (tibbi) psixologiya sahəsində biliklərinin (diaqnostik psixoloji testlərin istifadə edilməsinin, psixoloji yardımın göstərməsinin və s.) qiymətləndrilməsi Psixi Sağlamlıq Mərkəzi tərəfindən aparılır.
Nəticədə müsbət rəy qazanan mütəxəssis Psixi Sağlamlıq Mərkəzində müvafiq hazırlıq keçdikdən sonra klinik psixoloq vəzifəsinə qəbul olunur.
Oxu24.com
ŞƏRHLƏR