Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47479
az

İş axtaranların NƏZƏRİNƏ: Mərhələ martın 13-də başlayır

09:0827 Yanvar, 2021
3231
ELANLAR
  • A

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi orqanlarına işə qəbul olunmaq istəyən Azərbaycan Respublikası vətəndaşları üçün işə qəbulla bağlı keçirilməsi təxirə salınmış müsabiqəyə əlavə sənəd qəbulunu elan edir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, müsabiqəyə sənəd qəbulu xidmətin rəsmi saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə cari il yanvar ayının 25-i saat 10:00-dan fevralın 8-i saat 24:00-dək aparılacaq. Müsabiqədə iştirak etmək istəyənlər bu müddət ərzində Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarına ("www.taxes.gov.az” və "www.e-taxes.gov.az”) daxil olaraq elektron ərizə formasını doldurmalıdırlar. Ərizə formasını doldurub sistemə daxil etdikdən sonra namizədə ərizənin sistemə daxil olunduğu barədə elektron poçt ünvanı vasitəsilə məlumat verilir. Sənədlər qəbul edildikdən sonrakı 5 gün ərzində müvafiq işçi qrup tərəfindən yoxlanılır və ərizəsinin qəbul edilməsi barədə namizədin elektron poçt ünvanına onun iş nömrəsi göndərilir.

Elektron ərizənin Dövlət Vergi Xidməti tərəfindən təsdiq edildiyi barədə elektron poçt ünvanına bildiriş göndərilmiş namizəd həmin bildirişdə Dövlət İmtahan Mərkəzinin elektron ərizə bazasında ərizənin namizədin özü tərəfindən təsdiq edilməsi üçün qeyd olunmuş müvafiq linkə daxil olmaqla fevralın 17-si saat 09:00-dək elektron ərizəsini təsdiq etməlidir. Elektron ərizəsini təsdiq etmiş namizədlər martın 6-sı saat 10:00-dan 18:00-a qədər imtahana buraxılış vərəqələrini Dövlət Vergi Xidmətinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) əldə edə bilərlər.

Müsabiqənin test imtahanı mərhələsi martın 13-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. İmtahana daxil olmaq üçün namizəd şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsini özü ilə gətirməlidir. Test imtahanı mərhələsinin suallarını əhatə (məntiq sahəsi üzrə suallar istisna olunmaqla) edən ədəbiyyat siyahısı Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr” bölməsində yerləşdirilib.

Mövcud vakant vəzifələrin tələblərinə uyğun olaraq müsabiqədə iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik şəxslər, yaşı 35-i keçməmiş Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər. Müvafiq ixtisas üzrə elmi dərəcəsi olan şəxslər, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş şəxslər, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərə müvafiq Komissiya tərəfindən baxılaraq yaş həddi tətbiq edilməyə bilər. MBA proqramı üzrə yuxarıda qeyd olunan ixtisaslardan fərqli ixtisaslar üzrə təhsil almış namizədlərin ixtisaslarının uyğunluğuna müvafiq Komissiya tərəfindən baxılaraq qərar verilir. Müsabiqədə uğur qazanan şəxslərə vakant vəzifələr üzrə iş təklif ediləcək. Təklifdən imtina edən şəxslər Dövlət Vergi Xidmətinin kadr ehtiyatından çıxarılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO