Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47065
az

ŞAD XƏBƏR: Əmək haqqı ARTDI - RƏSMİ

20:4421 Yanvar, 2021
4690
İQTİSADİYYAT
  • A

2020-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2019-cu ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artaraq 703,5 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən (DSK) Sonxeber.az-a verilən məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3331,6 manat, qeyri neft-qaz sektorunda 646,9 manat olub.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 623,9 manat, özəl müəssisələrdə isə 803,0 manat təşkil edib.

Mədənçıxarma sənayesində (3 267,4 manat) , maliyyə və sığorta fəaliyyəti (1717,1 manat) , peşə, elmi və texniki fəaliyyət (1 178,8 manat), informasiya və rabitə (1071,7 manat) , eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində (878,8 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

İlkin məlumatlara görə, 2020-ci ildə ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 1,8 faiz azalaraq 55726,1 milyon manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlər 5587,6 manat və ya ayda orta hesabla 465,6 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 50689,6 milyon manatlıq vəsait qalıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Balıq sevənlərə ŞAD XƏBƏR -Yeni bazarlar salınacaq
Azərbaycanda orta aylıq əməkhaqqı 8 %-ə yaxın artıb
Bazar sahibkarlarına bəd xəbər: Vergi qiymətləri artırılır - VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ