Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47001
az

Ermənilər Baydenin gəlişinə niyə sevinir?

23:5320 Yanvar, 2021
4573
SİYASƏT
  • A

Bayden and içdi. Yeni prezidentin ABŞ xarici siyasətinə hansı istiqamətdə yön verəcəyinin konturları müəyyən mənada bəllidir: İrana yumşaq, Rusiya sərt münasibət və s.

Bizim üçün əsas məsələ Bayden Amerikasının Azərbaycanla münasibətləridir.

- Azərbaycana qarşı 907-ci düzəlişin fəal dəstəkçisi idi;

- ABŞ-da erməni diasporuna yaxınlığını gizlətmir;

- Qarabağdakı separatçılara maliyyə dəstəyinin verilməsini dəstəkləyib;

- Hələ and içməmişdi, iki erməniyə Ağ Evdə vəzifə verdi: ermənilər Baydenin gəlişinə sevinirlər;

Bu və digər amillər Bayden Administrasiyası dövründə Bakıya çətinliklərin yaranacağı gözləntisini artırır.

1. ABŞ İrəvanın istədiyi kimi Minsk Qrupu formatını diriltməyə çalışacaq;

2. Qarabağın statusu məsələsi üzərindən siyasət yürüdəcək.

Baydenin seçilən kimi Rusiyaya “müharibə elan etməsi”, Türkiyəyə qarşı əvvəldən əks mövqedə olması da qarşıdakı dövrdə Vaşinqtonun Ankara və Moskvanın münaqişənin həllini ikitərəfli həyata keçirməsi reallığını qəbul etməyəcəyini deməyə əsas verir.

Burada iki məqam da yeni dövrdə Vaşinqton-Bakı münasibətlərinə yön verəcək:

1. İranla nüvə anlaşmasına qayıtmaq;

2. Rusiya ilə qarşıdurma xəttini davam etdirmək.

Birinci amil Bakının çəkisini ABŞ üçün azaldır, ikinci artırır, xüsusilə Avropa bazarına çıxan Azərbaycan qazı münasibətlərin müsbət inkişafına təkan verə bilər.

Hərçənd, ümumi tabloda ABŞ-ın dünya üzərindəki həlledici təsirinin azaldığı da artıq reallıqdır. Londondan Pekinə uzanan geosiyasi xətt dünyanın güc balansında tərəzinin gözünə ağırlıq edir və Azərbaycan tərəzinin bu gözündə yer alır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran “arxadan zərbə” deyə fəryad edir
Azərbaycan Aİ üçün strateji əhəmiyyətli ölkədir - Viktor Orban
Pezeşkian İraqa səfər edəcək

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Azərbaycanda küçədə bıçaqlanma -ANBAAN GÖRÜNTÜLƏR