Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46911
az

“YAŞAT" Fondu tərəfindən daha 3 nəfərin əməliyyatı təmin edilib - FOTO

22:3119 Yanvar, 2021
2059
HƏRBİ
  • A

Qələbəni bizə yaşadanları yaşadaq!

"YAŞAT" Fondu tərəfindən ağır yaralanan qazilərimizin və şəhidlərimizin ailə üzvlərinin müraciətləri diqqət mərkəzində saxlanılır, onların ehtiyaclarının ödənilməsi ilə bağlı işlər davam etdirilir.

Oxu24.com xəbər verir ki, Fond tərəfindən bu gün daha 48 şəhid ailəsi üzvünün özlərinin müəyyən etdiyi tibbi zərurət üzrə müayinədən keçirilməsi, 3 nəfərin isə əməliyyatı təmin edilib.

Həmçinin, qazilərimiz Nəsirov Kənan Füzuli oğlunun müalicəsi ilə əlaqədar yaranan əlavə xərclər, Xaliqov Seyidəkbər Vaqif oğlunun və Səmədov Elnur Eldar oğlunun məişət şəraitinin yaxşılaşdırılması istiqamətindəki müraciətləri "YAŞAT" Fondu tərəfindən təmin ediləcək.

Xatırladaq ki, "YAŞAT" Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığı təmin etmək məqsədi ilə yashat.gov.az portalı istifadəyə verilib.

Həmçinin Fondun 8110 "Çağrı" Mərkəzi fəaliyyət göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Milli Qəhrəman İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür
Bu gün vəfat edən hərbçimizin FOTOSU
Bu ölkədə də quş qripi aşkarlandı