Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46647
az

DİQQƏT! Ali Məhkəmə müraciət yayıb

20:1416 Yanvar, 2021
2603
HÜQUQ
  • A

Ali Məhkəmə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında məlumat yayıb.

Ali Məhkəmənin mətbuat xidmətindən APA-ya verrilən məlumata görə, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Qərarını nəzərə alaraq, Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı Ali Məhkəmənin 2020-ci il 9 dekabr tarixli məlumatında nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqinin 2021-ci il yanvarın 25-dək davam etdirilməsi tövsiyə olunub.

Xatırladaq ki, Ali Məhkəmə Azərbaycan Respublikasının məhkəmələrinə işlərə baxılması ilə bağlı bir sıra tövsiyələr vermişdi.

Tövsiyələrdə qeyd edilmişdi ki, sərtləşdirilmiş xüsusi karantin rejiminin müddətinin uzadıldığı 2020-ci il dekabrın 14-də saat 00:00-dan 2021-ci il yanvarın 18-i saat 00:00-dək təxirəsalınmaz qaydada baxılmalı olan, yaxud məhkəmə baxışının keçirilməsini tələb etməyən işlər (tibbi xarakterli məcburi tədbirlərinin tətbiq edilməsi haqqında materiallar; qətimkan tədbirlərinin seçilməsi, dəyişdirilməsi, ləğvi, həbsdə, ev dustaqlığında saxlama müddətlərinin uzadılması, ev dustaqlığı qətimkan tədbiri ilə əlaqədar şəxsin üzərinə qoyulmuş vəzifələrin ləğvi, dəyişdirilməsi barədə, habelə məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında verilmiş digər müraciətlər; zəruri hallarda hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında müraciətlər; bəzi kateqoriya üzrə inzibati xətalara dair işlər, iddianın təmini tədbirləri və müvəqqəti xarakterli müdafiə tədbirlərinin tətbiqi ilə bağlı ərizələr, əmr icraatı, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, bəzi kateqoriya üzrə xüsusi icraat və icra icraatı işləri) istisna olunmaqla, icraatlarında olan digər işlərə baxılması müvəqqəti olaraq təxirə salınır.

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 16-cı maddəsinin tələbləri nəzərə alınmaqla inzibati məhkəmə icraatı qaydasında baxılan işlərə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən baxılması imkanlarından istifadə edilsin.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələbləri nəzərə alınmaqla mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılması imkanlarından istifadə olunsun.

Məhkəməyədək sadələşmiş icraat materialları və cinayət işləri məhkəmələrin icraatına qəbul edilsin, Cinayət-Prosessual Məcəlləsinin 51-2-ci maddəsinə müvafiq olaraq məhkəmə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilməsi mümkün olan cinayət işlərinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və icraatda olan xüsusi ittiham qaydasında şikayət üzrə materiallara baxılsın.

Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun.

Vətəndaşların qəbulu dayandırdığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilsin. Fiziki və hüquqi şəxslərə məhkəmələrə ünvanlanmış ərizələrini, o cümlədən apelyasiya və kassasiya şikayətlərini poçt vasitəsilə və ya elektron şəkildə göndərilsin.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ