Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46372
az

Yenilənmiş 1, 5 və 50 manatlıqlar dövriyyəyə buraxılır

23:3712 Yanvar, 2021
1362
İQTİSADİYYAT
  • A

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin müvafiq qərarına əsasən 2021-ci ilin əvvəlindən tədavülə dizaynı və mühafizə sistemləri mövcud konsepsiya çərçivəsində yenilənmiş 1, 5 və 50 manatlıqların buraxılması elan edilmişdir. Bununla əlaqədar, ölkə ərazisində istismar olunan nağd pul sistemlərinin (nağd ödəniş terminalları, bankomatlar, cash-in/cash out aparatları, pul sayan və emal edən sistemlər, pul yoxlayan detektorlar və s.) yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adoptasiyası) məqsədilə bütün kommersiya bankları və qeyri-bank ödəniş təşkilatları 20 oktyabr 2020-ci il tarixdə məlumatlandırılmış və müvafiq pul nişanları ilə təmin edilmişdir.

Marja Mərkəzi Banka istinadən xəbər verir ki, hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanlarının tədavülə buraxılmasına başlanılır.

Yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları hazırda tədavüldə olan eyni nominallı köhnə pul nişanları ilə bərabər hissə-hissə tədavülə buraxılacaqdır.

Qeyd edək ki, hazırda tədavüldə olan köhnə nümunəli pul nişanları yenilənmiş pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi sonacan məhdudiyyətsiz istifadə ediləcəkdir.

Mərkəzi Bank bildirir ki, koronavirusla bağlı mövcud pandemiya vəziyyəti ilə əlaqədar hazırda tətbiq olunan məhdudiyyətlər səbəbindən bir sıra qeyri-bank ödəniş təşkilatları (Modenis MMC - “eManat“, Komtec Ltd. - “MilliÖN”, Expressbank ASC - “Expresspay”) istismar etdikləri nağd pul terminallarının yenilənmiş pul nişanlarına uyğunlaşdırılması (adaptasiyası) proseslərinin yekunlaşmadığını və bu proseslərin davam etdiyini bildirmişlər. Bununla əlaqədar əhalinin diqqətinə çatdırılır ki, uyğunlaşdırma proseslərinin yekunlaşmasınadək belə terminallarda köhnə nümunəli pul nişanlarının istifadəsi məqsədəuyğun hesab olunur.

Yenilənmiş pul nişanları ilə bağlı əlavə məlumat Mərkəzi Bankın rəsmi internet səhifəsindən əldə edilə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Brent" markalı neft ucuzlaşdı

Özəlləşdirmə çeklərinin əvəzinə pul veriləcək? - QƏRAR
4 nəfərlik ailəyə nə qədər pul lazımdır? -VİDEO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ