Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45878
az

“Aİ-92” markalı benzini xaricə 28 qəpiyə, özümüzə 90 qəpiyə satırıq

15:5905 Yanvar, 2021
1358
İQTİSADİYYAT
  • A

Yola saldığımız 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycandan xaricə oktan ədədi 95-dən az olan ("Aİ-92”) 64 min 134,1 ton benzin ixrac edib. 

Oxu24.com Dövlət Statistika Komitəsinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, ixrac olunan benzinin ümumi dəyəri 14 milyon 146,3 min dollar olub. Rəqəmlərdən də göründüyü kimi, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixrac etdiyi 1 ton "Aİ-92” markalı benzinin gömrük dəyəri  220,6 dollar (375 manat) olub.

Onu da bildirək ki, ötən ilin ilk 10 ayında daxili bazarda 1 ton "Aİ-92” markalı benzinin topdansatış qiyməti 1052 manat, pərəkanda satış qiyməti 1180 manat olub. 

Açıqlanan məlumatlardan belə görünür ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə satılan "Aİ-92” markalı benzinin 1 litri 28 qəpik, daxili bazarda satılan "Aİ-92” markalı benzinin topdansatış qiyməti 1 litr üçün 80 qəpik, pərəkanda satış qiyməti isə 1 litr üçün 90 qəpik olub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycan nefti BAHALAŞDI
Qızılın qiyməti tarixi maksimuma çatdı
Azərbaycanda dollara tələbat KƏSKİN ARTDI


KURYOZ HADİSƏ: it gəlinin üzüyündəki BRİLYANT QAŞI UDDU

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Nəsimidə 1 nəfər intihara cəhd etdi