Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45841
az

DİN-dən xəbərdarlıq: Bu şəxslər barəsində sərt tədbirlər görüləcək

22:5904 Yanvar, 2021
2489
HÜQUQ
  • A

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə guya Qəbələ rayonunun Nic kəndində bayram günü atəşfəşanlıq olması və bunu şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul edən bir qrup şəxsin həmin kəndə hücum edərək sakinləri təhqir etmələri ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

Nazirliyin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında sosial şəbəkələrdə yayılan təxribat xarakterli bu məlumatların yalan və uydurma olduğunu deyib:

"Bildiyiniz kimi Nic kəndində əsrlər boyu azərbaycanlılarla yanaşı, udin millətinin nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayıblar. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə respublikamızda yaşayan bütün azsaylı millətlərin nümayəndələri kimi udinlər də böyük şücaət göstəriblər.

Vətən Müharibəsindən sonra həmin kəndin sakinləri olan udinlər işğaldan azad olunmuş ərazilərdəki qədim alban kilsələrini ziyarət edərək dini ayinlər yerinə yetiriblər. Görünür bu kimlərinsə xoşuna gəlmədiyi üçün yalan və uydurma xarakterli məlumatlar yayaraq əsrlər boyu dostluq və mehribanlıq şəraitində yaşayan millətlərin arasında nifaq salmağa, təxribat törətməyə çalışır.

Lakin Daxili İşlər Nazirliyi hər zaman olduğu kimi bu dəfə də belə təxribatların qarşısını qətiyyətlə alır. Bildiririk ki, sosial şəbəkələrdə təxribat xarakterli belə məlumatlar yayan şəxslər barəsində hüquqi müstəvidə sərt tədbirlər görüləcək!" 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib
Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ