Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45808
az

"Ayağımı kəsdilər, kəlbətinlə barmaqlarımı sıxdılar"- əsirlikdən qayıdan zabitimiz danışır

14:4004 Yanvar, 2021
4825
REDAKTORUN SEÇİMİ
  • A

"Yeni Müsavat" Media Qrupu olaraq Vətən Müharibəsinin qəhrəmanlarını tanımağa və tanıtmağa davam edirik.

Bu dəfə əsirlikdən qayıdan 21 yaşlı qəhrəman zabitimiz Mobil Əhmədzadə haqda danışacağıq.

Zabit kimi ilk xidmətinə cəbhədə, müharibədə başlayan Mobil Əhmədzadə Şuşa uğrunda gedən üzbəüz döyüşlərdə iştirak edib. Tağım komandiri olan Mobil zabit yoldaşı ilə şəxsi heyətin müdafiəsini təşkil edən zaman erməni tankı tərəfindən vurulub.

Əsir düşdükdən sonra 4 gün xəstəxanada saxlanılan Mobilin bir ayağı amputasiya olunub. Zabitimiz xəstəxanada sorğu sual edilib. Suallara cavab vermədiyi üçün işgəncəyə məruz qalıb.

Mobil Əhmədzadə daha sonra həbsxanaya köçürülüb. 31 gün də orada saxlanılıb. 

Zabitimiz həbsxanada saxlanıldığı zaman erməni zabitlərin televizorda baxdığı verilişlərdən Azərbaycan ordusunun qalib gəldiyini başa düşdüb.

Əsirlikdə saxlanılan Mobil Əhmədzadənin xilas olmasını möcüzə kimi də qiymətləndirmək olar. Çünki ermənilər onu gizlətmək istəyib. Lakin Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ani gəlişi onu erməni əsirliyindən xilas edib. 

Qazimizi ziyarət edən zaman onun döyüşçü yoldaşları, komandirləri də onun görüşünə gəlmişdi. Gənc yaşda yüksək rütbəli zabitlərlə döyüşə yollanan Mobil onların sevgisini və hörmətini qazana bilib.

Mobil Əhmədzadə ilə söhbətimizin tam versiyasına aşağıdakı lonkdə izləyə bilərsiniz. 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bakıda zibil    qutularını    oğurladılar