Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45471
az

“İcaze.e-gov.az" portalından qeydiyyatda keçənlərin nəzərinə: Bu halda cəzalanacaqlar

09:5830 Dekabr, 2020
4730
REDAKTORUN SEÇİMİ
  • A

Son günlər Bakı, Sumqayıt və Abşeronda yaşayan şəxslərin kütləvi halda rayonlara üz tutduğu müşahidə edilir. Araşdırmalar zamanı verilən icazələrdən , ezamiyyət vərəqələrindən sui-istifadə hallarının olduğu ortaya çıxıb.

Bu səbəbdən də sərtləşdirilmiş xüsusi karantin tətbiq edilən bölgələrə icazələrlə də giriş-çıxış mümkün olmayacaq.

 

İcazələrdən sui-istifadə edənlər cəzalanacaq.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirilir.

Son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur. Bu səbəbdən də karantin postlarında nəzarət daha da gücləndirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları mütəmadi reydlər keçirəcəklər.

 

Qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Oteldəki ölüm hadisəsində fərqli iz: Dörd dostun yanında başqa kimlər olub?  
SON DƏQİQƏ! Rusiyaya zərbə endirilib: Ölən və xeyli yaralı var

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı