Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45465
az

Toy yoxdur, müğənnilər nə ilə dolanır? – Suala əsəbləşən də oldu, “mətbuat katibimlə danışın” deyənlər də + SORĞU

23:4929 Dekabr, 2020
7112
ŞOU-BİZNES
  • A

Pandemiya dövrü bir çox sahələrdə tənəzzül yaratdığı kimi öz mənfi təsirini şou sektorunda da göstərib.

Maraqlıdır, qazancları əsasən toylardan və şou proqramlarından formalaşan müğənnilərin hazırkı maddi durumları necədir? Toysuz qalan müğənnilər hazırda nə işlə məşğuldurlar və hardan gəlir əldə edirlər?

Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov hazırda heç bir işlə məşğul olmadığını bildirib:

"Nədənsə bu mövzular gündəmə gələn kimi ilk yada düşən müğənnilər olur. Hər kəsə bəllidir ki, bizim maddi qazancımızı toylar təşkil edir. Hazırda dövlətdən aldığım maaşla dolanıram. Buna da şükür edirəm. Allah nə verirsə onunla da dolanırıq. Bu tək bizim ölkənin bəlası deyil ki? Hamımız dərk etməliyik ki, bu dünyanın bəlasıdır və özümüzü qorumaqdan başqa çarəmiz yoxdur. Heç kim şikayət edə bilməz, çalışmalıyıq ki, özümüzü birtəhər yola verə bilək".

Müğənni Manaf Ağayev də hazırkı durumdan şikayətçi olmadığını vurğulayıb:

"İndi mənim maddi vəziyyətim pis olsa, kimsə mənə kömək edəcək ki? Hamı necə, mən də elə dolanıram. Mən ağlamağı sevmirəm. Hər günümüzə şükür olsun. Heç bir biznesim də yoxdur. Necə dolanmağıma gəldikdə isə ac qalsam da, bunu heç kimə bəlli edən insan deyiləm. Bundan sonra da bu mövzuda heç bir jurnalistə açıqlama verməyəcəm".

Əməkdar artist Nüşabə Ələsgərli isə hazırda evdə tələbələrinə online dərs keçdiyini deyib:

"Əvvəla mən sizi tanımıram,və mənim şəxsi nömrəmə niyə zəng vurursunuz. İlk öncə mənim mətbuat katibim var, ona zəng vurub, sualı ünvanlamalı idiniz. Mətbuat katibi uyğun görərsə mən suallara cavab verirəm. Tutaq ki, biri toy edir, mənə zəng vumalıdır? Bəs mətbuat katibləri nə üçün var? Bəlkə mən danışmaq istəmirəm?

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xalq artisti: "Rasim Balayev məndən qisas alır"
Anar Ağakişiyevə qarşı dələduzluq - İki şəxs tərəfindən aldadıldı
Zülfiyyə Xanbabayeva qızının böyük uğur qazandığını ELAN ETDİ -FOTO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı