Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbayaveva Şuşaya gedən məşhurlar sırasındadırlar.
Oxu24.com xəbər verir ki, xalq artistləri şəxsi İnstaqram hesablarında Şuşadan paylaşım ediblər.
Aygün Kazımova paylaşımına "Sizi gördüm, ürəyim dağa döndü. Allah sizi qorusun, mənim igidlərim, qardaşlarım. Mən sizi gördüm, dünyanın xoşbəxti oldum", - deyə qeyd edib.
Zülfiyyə Xanbabayeva isə sosial şəbəkədə foto paylaşaraq bu sözləri yazıb: "Şuşadayam, kəlmələrlə ifadə edə bilmədiyim hisslər keçirirəm. Allahım şükürlər olsun, bizə bu günlər də qismət oldu".
Qeyd edək ki, xalq artistləri Nəzakət Teymurova, Mehriban Zəki, Sevda Ələkbərzadə də Şuşaya yollanıblar.
Oxu24.com
ŞƏRHLƏR