Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44862
az

Məhkəmə Kamil Zeynallı ilə  bağlı  qərar  verdi

20:2622 Dekabr, 2020
6024
HÜQUQ
  • A

Fitnes məşqçisi Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Oxu24.com  xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb. Məlumata görə, K.Zeynalı Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlğa çıxıb. Qeyd edək ki, rəsmi məlumata əsasən, K.Zeynallı dekabrın 13-ü axşam saatlarında işğaldan azad edilən Kəlbəcər rayon ərazinə getməyə cəhd edib.

O, stasionar posta yaxınlaşıb, həmin əraziyə keçmək istədiyini bildirib. Polis əməkdaşları da bunun mümkünsüz olduğunu, yalnız xüsusi icazəyə malik dövlət qurumları əməkdaşlarının keçə biləcəyini deyib. K.Zeynalı isə israr edib, polisin qanuni tələbinə tabe olmayıb.

Buna görə də o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarına əsasən, K.Zeynallı 1 ay müddətinə inzibati qaydada həbs edilib. Xatırladaq ki, K.Zeynallı əvvəllər də bir neçə dəfə inzibati qaydada həbs olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamala Harrisə görə Tramp 900 milyon dollar itirib
Vəkillər Kollegiyasının 3 üzvü lV “Yüksəliş müsabiqəsinin qalibi olub
Vəkillər Kollegiyasının rəhbərliyi İran səfirliyinin nümayəndə heyəti ilə görüşüb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı