Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44800
az

Ordumuzdan Laçında Ermənistana BÖYÜK ZƏRBƏ: Qarabağa göndərilən 3 avtobus dolu hərbçinin qarşısı kəsildi və...

10:0622 Dekabr, 2020
2874
HƏRBİ
  • A
Ordumuz Ermənistan Müdafiə Nazirliyinə məxsus 3 avtobusda Qarabağa gələn erməni hərbçilərin qarşısını kəsib. Oxu24.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Mediaport” erməni teleqram kanalı yazır. Məlumata görə, Azərbaycan hərbçiləri erməni hərbçilərin Laçın dəhlizindən keçidinə icazə verməyib. “10 noyabr kapitulyasiya aktında əsgərlərin hərəkəti ilə bağlı heç bir müddəa yoxdur. Qarabağ Azərbaycandır, buna görə də erməni hərbçilərin orada heç bir işi ola bilməz”, - Azərbaycan hərbçiləri ermənilərə belə deyib. Kanal yazır ki, erməni hərbçilərin olduğu 3 avtobus Gorusdakı “Sünik” (Zəngəzur) restoranının yaxınlığında gözləyirlər. Ermənistan Müdafiə Nazirliyi məsələ ilə bağlı Rusiya sülhməramlılarına müraciət edib, lakin sülhməramlılar bu məsələdə səlahiyyətlərinin olmadığını deyiblər. Ermənistanın hərbi rəhbərliyi də 3 avtobus dolu əsgərlərə Sünikdə gözləmək tapşırığı verib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniyada heç bir ABŞ raketi olmayacaq...
HDQ kursantları tapşırıqlar icra ediblər - VİDEO
Amerika yeni lazer silahları hazırlayır