Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44725
az

Günün qoroskopu: bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin21 Dekabr 2020

00:1121 Dekabr, 2020
695
CƏMİYYƏT
  • A

Qoç - çox nadir rast gəlinən stabil emosional fona malik gündür. Yaşananlara rəğmən sakit, soyuqqanlı olun. Məntiqli davranın, baş verənlərə təmkinlə reaksiya verin.

Buğa - çoxdan bəri həllini gözləyən və sizi narahat edən müşkülün çözümü üçün əlverişli zamandır. Günün ikinci yarısında qohumların dəstəyinə ehtiyac var.

Əkizlər -  zəruri güc, qüvvə və dəstəyi ailədə tapacaqsınız. Ev işləri ilə məşğul olun. Belədə yaxşı ideyalar yarana bilər.

Xərçəng - istənilən formada hiyləgərlik və intriqa ilə müqayisədə səmimiyyətlə aşkarlığın daha güclü olacağı gündür. Bədxahlarla rəqiblərə qarşı aqressiv olmayın. Bir sıra çətinlikləri birlikdə dəf edəcəyiniz yeni dostlarınız ola bilər.

Şir -  dəvət aldığınız tədbirə yollanın. Ünsiyyəti məhdudlaşdırmayın. Orijinal, hətta ekstravaqant davrana bilərsiniz. İndiki fəaliyyətinizin bəhrəsini az sonra görəcəksiniz. Əməklərinizə görə dərhal mükafat alacağınızı düşünməyin.

Qız - çalışdığınız sahədə və ya işdə fikir ayrılıqları ola bilər. Rəhbərlik və ya sifarişçi ilə mübahisə istisna deyil. Vaxtında güzəştə getməyi bacarın ki, fəaliyyətinizin mənfi nəticələri olmasın.

Tərəzi - şərik, həmkar və ya tərəfdaşla mübahisələr yaşana bilər. Günün ikinci yarısında mövqeyinizi qorumaq, müdafiə etmək asan olmasa da, bu işin öhdəsindən gəlin.

Əqrəb - bütün diqqətinizi və vaxtınızı işə sərf etməyin. Dostlar, qohumlar, sevdiyiniz insanla ünsiyyətə vaxt tapın. Son vaxtlar onları narahat edən istənilən problemi müzakirə edə bilərsiniz. Problemlərin həll yollarını arayın.

Oxatan - əlverişli emosional fona malik gündür. Əhvalınız xoş olacaq. Dostlarla görüş, yeni planların hazırlanması, fərqli istiqamətin bəlirlənməsi üçün yaxşı zamandır.

Oğlaq -  qarşılaşacağınız insanla bağlı tələsik qərar verməyin. İlk təəssürat aldadıcı ola bilər. Axşam saatlarında normal istirahət edin.

Dolça - Pərişan olan, ruhdan düşənlərə ürək-dirək verin. Çətin vəziyyətə düşənə yardım edin. Sizi maraqlı görüş gözləyir.

Balıqlar - səfər, səyahət, şəraitin dəyişdirilməsi, köç üçün əlverişli zamandır. Dayanmayın, hərəkət edin. İradəli olun. Əldə etdiyiniz nailiyyətlə kifayətlənməyin Yaxın ətrafınızdakı insanları ruhlandırın.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023 

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı