Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44717
az

Avropanın bir neçə ölkəsində koronavirusun yeni növü aşkarlandı

22:5220 Dekabr, 2020
448
  • A

Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC bildirib.

İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur.

Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.

Bir neçə gün əvvəl Britaniya alimləri koronavirusun yeni, mutasiya etmiş variantını aşkarlayıblar. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Xenkok bildirib ki, bu, İngiltərənin cənub-şərq hissəsində xəstəliyin sürətli yayılması ilə bağlı ola bilər. Həmin vaxt ölkənin cənubunda yeni ştamla təxminən 1 000 yoluxma qeydə alınıb

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən yaşlı əkizləri doğuldu
Beyni burnuna batmış uşaq xilas edildi - TARİXDƏ İLK

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Vüsal Həşimov həbs olunub