Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44680
az

SON DƏQİQƏ! Mingəçevirdə əməliyyat: Tutulanlar var +FOTOLAR

15:2420 Dekabr, 2020
2244
SON DƏQİQƏ
  • A

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Oxu24.com-a  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilmiş tədbirlər nəticəsində Mingəçevir şəhər sakini Orxan Verdiyev polislər tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən “Naqan”markalı tapança, həmin silaha məxsus 6 ədəd patron və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Zakir Qarayev saxlanılıb. Onun Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan lüləsi və qundağı kəsilmiş tüfəng aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yaydı
SON DƏQİQƏ: "Lotos" ticarət mərkəzi yanır-VİDEO
Rusiyada güclü partlayış:Yaralılar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Drakon”azadlığa buraxıldı