Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44655
az

“Nezavisimaya qazeta”: ”Rusiya Türkiyənin Qarabağda möhkəmlənməsinə qarşı çıxmayacaq” - SƏBƏBLƏR

22:5919 Dekabr, 2020
593
CƏMİYYƏT
  • A

Türk hərbçiləri Qarabağ münaqişəsi zonasında fəaliyyət göstərirlər. Türkiyə Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan hissələrinin tərkibində Quru Qoşunlarının 136 əsgər və zabiti “ərazilərin minalardan və əldəqayırma partlayıcı maddələrdən təmizlənməsi ilə məşğuldur”. Və bu istiqamətdə azərbaycanlı mütəxəssislər hazırlanır.

Bir sıra türk KİV-i “ərazilərin təmizlənməsindən sonra türk qoşunlarının əsas kontingentinin Qarabağa gedəcəyini qeyd edir. Bu məlumatlar Azərbaycanda da təsdiqlənir. Türk hərbçilərinin bu statusu Bakı, İrəvan və Moskvanın Qarabağ münaqişəsi zonasında yalnız rus sülhməramlılarının fəaliyyət göstərəcəyi barədə üçtərəfli razılaşmalarına ziddir.

Ankaranın Qafqazda aktiv hərbi varlığı çətin ki, Moskvanın geosiyasi maraqlarına cavab versin. Bəs Rusiya rəhbərliyi buna necə cavab verə bilər?  Rusiyanın vasitəçiliyi ilə Qarabağ münaqişəsi zonasında atəşkəsə nail olunduqdan sonra həm Bakı, həm də Ankara bölgəyə türk sülhməramlılarının gələcəyini elan etdilər. “Rusiya və Türkiyənin ortaq sülhməramlı missiyası olacaq. Bu yeni bir formatdır“, – deyə Azərbaycan Prezidenti İlham Əliyev bildirib. Bununla paralel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Azərbaycana dəstəyini davam etdirəcəyini vurğulayıb. Onların sözlərinə  Rusiya Xarici İşlər naziri Sergey Lavrovunsa münasibəti belə olub: “Türkiyə Cümhuriyyətinin heç bir sülhməramlı bölməsi Dağlıq Qarabağa göndərilməyəcək”.

Və məlum oldu ki, həm Türkiyədə, həm də Azərbaycanda Rusiya Federasiyasının mövqeyini yumşaq desək nəzərə alan yoxdur.

Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransında Rusiyanın Dağlıq Qarabağ sakinlərinə humanitar yardım göstərməyə davam etməyə hazır olduğunu inamla bildirib və Ərdoğanı tərifləyib. “O sözünə əməl edən bir adamdır. Və hansısa məsələnin ölkəsi üçün faydalı olduğuna inanırsa, bu yolda sona qədər gedir”, – deyə Rusiya Federasiyasının rəhbəri deyib. Beləcə, Moskvanın Ərdoğanın timsalında kimlərlə işləyəcəyi bəlli olub.

Xatırladaq ki, 2015-ci ilin noyabrında Türkiyə Suriyada Rusiyaya məxsus Su-24 döyüş təyyarəsini vurub. 2016-cı ilin 19 dekabrında bir türk terrorçu Rusiya səfiri Andrey Karlovu Ankarada öldürüb. Bütün bunlardan sonra Rusiya Türkiyənin Dağlıq Qarabağ ərazisinə gəlməsinə açıq etiraz bildirməyib. Baxmayaraq ki, sülh anlaşmasının ilk günlərində Rusiya qəti şəkildə bu fikrə qarşı çıxırdı. Amma az sonra Kremlin mövqeyində yumşalmalar oldu.

Bu günlərdə Qarabağın Çaylaqqala və Köhnə Tağlar kəndində insident baş verdi. Nikol Paşinyan bildirdi ki, ”Çaylaqqala və Köhnə Tağlar kəndlərində baş verən insident zamanı Rusiya sülhməramlıları da mühasirəyə düşüb”. Lakin Rusiya Müdafiə Nazirliyi bu xəbəri təkzib etdi. Ancaq bölgədə həqiqətən də Rusiya sülhməramlı qüvvələrindən başqa Azərbaycan və Türkiyə hərbi personalının olub-olmaması barədə heç nə deyilmədi. Bu vəziyyəti şərh edən Putinsə dedi: “Ümid edirəm ki, ilk dəfə baş verən bu insident bir daha təkrarlanmayacaq”.

Göründüyü kimi Türkiyənin hadisələrdəki iştirakı münaqişə bölgəsindəki vəziyyəti sabitləşdirir. Türk ordusunun Qarabağ ərazisində fəaliyyət göstərdiyini nə Türkiyə, nə də Azərbaycan təkzib etmir. Erməni qoşunlarının zirehli texnikasının yarıdan çoxunu məhv edən Türkiyənin pilotsuz uçuş aparatları “Bayraktar TB2” dekabrın 10-da Bakıdakı paradda nümayiş etdirildi. Paradda Türk bölmələri yürüdü, mediada və sosial şəbəkələrdə Qarabağdakı döyüşlər zamanı Türk mütəxəssislərin pilotsuz təyyarələrin idarəetmə panellərində oturduğu iddia edildi. Türk komandirlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahında məsləhətçi kimi iştirak etdiyi də inkar olunmadı. Üstəlik, son günlər Azərbaycan Ordusunun Qarabağda keçirdiyi anti-terror əməliyyatında da türk izləri görünməkdədir.

“NG”-nin əvvəlcədən xəbər verdiyi kimi (01.12.20 tarixinə bax) türk silahlı qüvvələrinin bir hissəsi olan Xüsusi Əməliyyat Qüvvələrinin Liviya və Suriyadakı fəaliyyətlərindən sonra Qarabağda görünməsi çox şeydən xəbər verir. Dekabrın 10-da Bakıda keçirilən hərbi paradda Qarabağ müharibəsində qalib gələn iki ölkənin liderləri (Ərdoğan və Əliyev) birdən-birə Ermənistana yeni ərazi iddiaları irəli sürdülər. Qarabağda müharibə bitdikdən bir ay sonra 11-12 dekabr tarixlərində baş verən qarşıdurmadan sonra atəşkəs rejimi ilk dəfə pozuldu. Rus sülhməramlıları vəziyyətə müdaxilə etdilər. Ərazinin bir hissəsinə  Azərbaycan əsgərləri yerləşdirildi.

Cümə axşamı günü Ermənistanın Qafan bölgəsində rus sülhməramlılarının peyda olması barədə xəbərlər yayıldı. Bura “üsyançı” anklavlara çox yaxındır. İndi Ermənistan sərhədçiləri Azərbaycanla sərhədin müəyyənləşdirilməsinə hazırlaşırlar. Eyni zamanda, Qarabağın Azərbaycana qaytarılacağı xəbərləri də Ermənistanda ciddi narahatlıq doğurur. Bakı isə erməni tərəfinin iddialarına daha sərt şəkildə cavab verir.  Hələ Türkiyəni demirik. Müdafiə naziri Hulusi Akar “Qarabağla bağlı razılaşmalar pozularsa, dərhal hərbi varianta keçə bilərik”, – deyə bəyanat verdi. Və əlavə etdi ki, “Biz artıq Azərbaycanın azad edilmiş ərazilərinin təhlükəsizliyi üçün məsuliyyəti öz üzərimizə götürmüşük”.

Göründüyü kimi, Türkiyə Azərbaycana müvəqqəti gəlmədiyini söyləyir. Rusiya isə bu fikirlərə qarşı çıxmır. Deməli, Türkiyənin Azərbaycana gəlməsi hansısa mənada Rusiyanın maraqlarına uyğundur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR
Yuxuda çiçək görmək nə vəd edir? – Gözəllik və inkişaf
Azərbaycanda güclü zəlzələ oldu - 5.2 ballıq

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı