Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44610
az

Türkiyə XİN-dən Dağlıq Qarabağla bağlı Belçikaya SƏRT REAKSİYA

14:3319 Dekabr, 2020
865
SİYASƏT
  • A

"Dekabrın 18-də Belçika Nümayəndələr Palatasının Baş Məclisi tərəfindən qəbul edilmiş Dağlıq Qarabağla bağlı qərar nə tarixi, nə hüquqi, nə də meydandakı faktlarla uyğundur. Türkiyə ilə bağlı əsassız iddialar və ittihamların da yer aldığı bu qərarı rədd edirik”.

Bu barədə Belçika Nümayəndələr Palatasının Dağlıq Qarabağla bağlı Azərbaycanı tənqid edən və Ankaranı "regiondakı sabitliyi pozan müdaxiləyə son verməyə” çağıran qanun layihəsinə cavab olaraq Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Sənəddə bildirilir ki, qərar belçikalı parlamentarilərin qərəzli davrandığının və daxili siyasətdə dar maraqların girovuna çevrildiyinin bariz nümunəsidir.

Türkiyə XİN sözügedən qərarın Türkiyə-Belçika münasibətlərinə də təsir göstərəcəyini deyərək, bunun regionda sülhün və sabitliyin təmin edilməsi səylərinə xidmət etmədiyini bildirib.

"Bu cür qərarlar Ermənistanın həqiqətləri qəbul etmə müddətini gecikdirərək, məsuliyyətlərini boynuna götürməməyə təşviq edir”, - deyə bəyanatda vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı
Zakir Həsənov Belarusa getdi
Prezident qanunu təsdiqləyib

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma - Video