Şəmkirdə 3 nəfərin ağır yaralanması ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com -un xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.
Yük maşını qarşıdan gələn təcili tibbi yardım avtomobilinə çırpılıb. Ağstafa Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobili COVID-19 xəstəsi olan hamilə qadını aparırmış.
Hadisə zamanı xəsarət alan təcili tibbi yardım avtomobilinin sürücüsü, 1966-cı il təvəllüdlü Ağstafa rayon sakini, Qoşqar Namazov, Qazax rayon Təcilli Tibbi Yardım Stansiyasının tibb bacısı, 1959-cu il təvəllüdlü rayon sakini Sevda Nəsibova və Qazax rayon sakini Jalə İsmayılova xəstəxanaya yerləşdiriliblər. Yaralılardan tibb bacısının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(apa)
Oxu24.com
ŞƏRHLƏR