Ailənin iki övladı torpaqlarımızın azad olunması üçün döyüşə qatıldı. Qardaşlardan biri qəhrəmancasına şəhid oldu.
Oxu24.com -un məlumatına görə, haqqında bəhs etdiyimiz şəhid Kürdəmir rayonu, Qarasu kənd sakini 24 yaşlı Elnur Abışovdur.
O, 2016-ci ildə aprel döyüşlərində də iştrak edib, fəallıq göstərib. Hərbi xitmətini başa vursa da, vətənə olan sevgisi onu hərbidən kənarda çox saxlaya bilməyib. Yenidən müddətdən artıq hərbçi kimi xidmətə başlayıb.
Şəhidimizin anası Təranə Abışova Elnur haqqında danışanda bildirir ki, onu evləndirmək istəyiblər. Ancaq Elnur öncə torpaqlarımızın azad olunması haqda düşünüb.
Elnur Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv edib. Oktyabrın 7- də o, qəhrəmancasına şəhid olub.
Hazırda şəhid Elnur Abışovun qardaşı Səfalı xidmətini davam etdirir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Oxu24.com
ŞƏRHLƏR